Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

"Qarabağ münaqişəsinin həllinə dair yeni əlaqələr hazırlanır" - Lavrov

"Sədrin belə mövqeyinə görə minnətdarıq. Rusiya, ABŞ və Fransadan olan həmsədrlər sıx əlaqədə işləyirlər. Onlar Ermənistan və Azərbaycan liderləri, xarici işlər nazirləri ilə görüşüblər, yeni əlaqələr hazırlanır".

Xalqqazeti.com erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov ATƏT-in fəaliyyətdə olan sədri Miroslav Layçakla görüşdən sonra deyib.

Onun sözlərinə görə, Ermənistanda bu yaxınlarda yeni hökumət formalaşdığını nəzərə alaraq, bu mərhələdə həll proseslərinin nə qədər dərinləşdirilməsinin mümkünlüyünü başa düşmək üçün, təbii ki, bir az əlavə vaxta ehtiyac var.

"Həmsədrlər və ATƏT yalnız dialoq üçün şərait yaratmağa kömək edə bilər. Qərarlar tərəflər arasında birbaşa danışıqlarda birbaşa söhbət zamanı qəbul edilməlidir", - deyə o qeyd edib.

 

 Anar Əliyev,
“Xalq qəzeti”

19 2019 16:06 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə