Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ADU-nun kollektivi təqaüdlərin artırılması ilə bağlı dövlət başçısına təşəkkür edib

ADU-nun kollektivi təqaüdlərin artırılması ilə bağlı dövlət başçısına təşəkkür edib

Fevralın 18-də Azərbaycan Dillər Universitetində (ADU) Elmi Şuranın növbəti iclası keçirilib.

ADU-nun rektoru akademik Kamal Abdulla çıxışında ali təhsil sahəsində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamını Şura üzvlərinin diqqətinə çatdırıb.

Rektor bildirib ki, möhtərəm prezidentimiz bu sərəncamla bakalavriatura, magistratura və doktoranturada təhsil alan insanların ailə şəraitini, ümumi güzəranını yaxşılaşdırmaq istiqamətində çox ciddi və mühüm bir addım atdı: “Cənab Prezident tələbə, magistr və doktorantların təqaüdünü artırdı. Bu, faktiki olaraq Azərbaycan vətəndaşına, Azərbaycan təhsil sistemində özünə yer tutan və ya yer tutmağa çalışan bir gəncə verilən qiymətlə yanaşı, eyni zamanda, çox ciddi, ictimai-siyasi bir addımdır. Bu ictimai-siyasi addım təkcə ölkə daxilində deyil, ölkədən kənarda da Azərbaycandakı daxili ictimai-siyasi mühitin, mənəvi mühitin nə dərəcədə sabit və nə dərəcədə şəffaf olmasını nümayiş etdirir. Cənab Prezidentin bu kimi sərəncamları göstərir ki, Azərbaycan dövləti, Azərbaycan dövlətçiliyi inkişaf edir, möhkəmlənir və onun iqtisadi dayaqları hansı şəraitdə olmasından – istər müharibə, istərsə də sülh şəraitindən asılı olmayaraq, bütün iqtisadi möhtəşəmlik Azərbaycan vətəndaşının mənafeyinin yüksəldilməsinə, Azərbaycan vətəndaşının daha da yaxşı yaşamasına istiqamətləndirilib. Bu, Azərbaycan dövlətinin çox böyük nailiyyətidir. Biz hamımız Elmi Şura adından, o cümlədən universitetin bakalavrları, magistrləri, doktorantları adından cənab Prezidentə təşəkkür edirik. Təşəkkür edirik ki, Azərbaycan gəncinin, Azərbaycan vətəndaşının vəziyyətinə bu cür münasibət bəslənilir və bu, dövlətin qayğısının bariz təzahür formasıdır”.

 

Samirə Əliyeva,
“Xalq qəzeti”

19 2019 15:23 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə