Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bazar günü Türkiyədə parlamentin yeni sədri seçiləcək

Bazar günü Türkiyədə parlamentin yeni sədri seçiləcək

Türkiyə Böyük Millət Məclisinin (parlament) yeni sədrinin seçiləcəyi tarix açıqlanıb.

Yeni spiker fevralın 24-də parlamentdə səsvermə yolu ilə seçiləcək.

Yeni seçilmiş sədr TBMM-in 29-cu spikeri olacaq.

Qeyd edək ki, Türkiyə parlamentinin spikeri Binəli Yıldırım İstanbul bələdiyyəsinin sədri vəzifəsinə namizədliyinin irəli sürülməsi ilə əlaqədar ötən gün istefa verib.

B.Yıldırımı parlamentdə müvəqqəti olaraq Milliyyətçi Hərəkat Partiyasından deputat Cəlal Adan əvəz edir.

Xatırladaq ki, Türkiyədə bələdiyyə seçkiləri bu il martın 31-də keçiriləcək.

 

“Xalq qəzeti”                                    

 

19 2019 13:57 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə