Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Görkəmli ədib Mirzə Cəlilin yaradıcılığı ilə bağlı sərgi davam edir

Görkəmli ədib Mirzə Cəlilin yaradıcılığı ilə bağlı sərgi davam edir

AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) görkəmli  yazıçı, dramaturq, jurnalist, ictimai xadim Cəlil Məmmədquluzadənin 150 illik yubileyi münasibəti ilə  ədibin yaradıcılığını əks etdirən  sərgi davam edir.  Bu barədə AMEA Mərkəzi Elmi Kitabxanın ictimaiyyətlə əlaqələr bölməsindən bildirilib.

Sərgi Prezident İlham Əliyevin Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncamına uyğun olaraq, MEK-in tərtib etdiyi Tədbirlər Planının bir hissəsi kimi təşkil edilib. Sərgidə Mirzə Cəlilin müəllifi olduğu və onun haqqında yazılmış, MEK fondlarında saxlanılan kitablar nümayiş etdirilir. Onların sırasında “Cümhuriyyət”, “Danabaş kəndinin əhvalatları”, “Bəlkə də qaytardılar”, “Hekayələr”, “Mirzə Cəlil və Məmmədquluzadələr (məktublaşma)”, “C.Məmməqduluzadə (Biblioqrafiya)”, “Cəlil Məmmədquluzadə” (İsa Həbibbəyli), “Cəlil Məmmədquluzadə. Molla Nəsrəddin arxivinin təsviri” (Afaq Əliyeva), “Naxçıvanda Cəlil Məmmədquluzadə muzeyləri”, “İnsanlar və talelər” (Məmməd Cəfər Cəfərov), “Cəlil Məmmədquluzadə taleyi və sənəti” və digər kitablar yer alır.  Sərgilənən kitablar MEK-in elektron kataloqunda qeyd edilərək Milli Rəqəmsal Yaddaş bazasında yerləşdirilib.  

Ədəbiyyat həvəskarları sərgi ilə  fevralın 23-dək daha yaxından tanış ola bilərlər.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

19 2019 12:39 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
18 Sentyabr 2019 | 11:34
Giriş ödənişsiz olacaq
17 Sentyabr 2019 | 12:32
Əbülfəs Qarayev Özbəkistanda
9 Sentyabr 2019 | 11:10
Qarabağ mövzusunda yeni film
7 Sentyabr 2019 | 15:58
"Muğam dünyasına səyahət"

Köhnə versiyamızdan xəbərləri izlə