Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qaraciyəri təmizləməyin üsulları

Qaraciyəri təmizləməyin üsulları

Qaraciyər orqanizmin ən çətin işini görən orqanlardan biri hesab olunur. Həzm zamanı yaranan zərərli maddələri zərərsizləşdirərək bədəndən çıxarır. Bu zaman qaraciyərdə yığılan zəhərli maddələr bu orqanın özünə ziyan vurur. Belə olan halda qaraciyərin özü əlavə köməyə ehtiyac duyur. Medicina.az qaraciyəri təmizləməyin 6 üsulunu təqdim edir.

1. Çoxlu limonlu su için: Gün ərzində çalışın ki, 8-10 stəkan təmiz su qəbul edəsiniz. Bu sadə üsul tullantı maddələrinin orqanizmdən çıxmasına kömək olacaq. Yaxşı olardı ki, günə yarım limonun şirəsi sıxılmış bir stəkan su ilə başlayın. Limon qaraciyərin fəaliyyətini stimulaşdırır. Onun turşuluğu öd ifrazını artıraraq parçalanma məhsullarının bədəndən çıxmasını təmin edir. 

2. Xaççiçəklilər fəsiləsindən olan tərəvəzlərdən çox yeyin: bitki mənşəli qidalar qaraciyəri bərpa edir. Daha çox yaşıl göyərtilər, çuğundur, yerkökü, kələmin bütün növlərindən istifadə edin. Bu tərəvəzlərdən gündə 2 dəfə istifadə edilməlidir. "Pis iyli" sarımsaq, soğan, brokkoli kimi tərəvəzlərdən istifadə etməkdən çəkinməyin. Onların tərkibində olan kükürd qaraciyərin fəaliyyəti üçün əvəzedilməzdir. 

3. Sadə masaj edin: Vaxtaşırı olaraq qaraciyərin və öd kisəsinin yerləşdiyi sağ tərəfdən qabırğaaltı nahiyəni masaj edin. Bu qan dövranını yaxşılaşdıracaq. 

4. Qaraciyəri yükləməyin: Qaraciyər bir çox digər orqanlardan fərqli olaraq istirahət etmir.  Bu orqan davamlı olaraq işləyir, əsasən də sahibi stressini alkoqol vasitəsilə aradan qaldırmaq istədikdə. Bu zaman hətta alkoqol, narkotik və ağrıkəsici maddələrin qəbulunun ən kiçik miqdarı da qaraciyərə mənfi təsir edir. 

5. Qaraciyəri qorumaq üçün bioloji aktiv maddələr qəbul edin: Qaraciyərin normal işləməsi üçün kifayət miqdarda qidalı maddələr tələb olunur. Buna görə də periodik olaraq mineral və polivitaminlər qəbul edin. Hətta vacib bir mineralın əskikliyi detoksikasiya prosesinə təsir göstərə bilər. 

6. Qaraciyəri minerallarla təmin edin: Qaraciyərin normal detoksikasiya etməsi üçün minerallar çox vacibdir. Bunun üçün gündəlik qida rasionuna diqqət yetirmək lazımdır. Qaraciyər üçün əsasən maqnezium, kalsium, mis, kalium, natrium, dəmir, sink, selen və marqanes vacib hesab olunur.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

19 2019 11:46 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə