Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ƏƏSMN “Uğur – 2018” Milli Mükafatına layiq görülüb

ƏƏSMN “Uğur – 2018” Milli Mükafatına layiq görülüb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) “Consulting&Business” jurnalı tərəfindən “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində dövlət siyasətinin həyata keçirilməsində əldə olunan nailiyyətlərə görə” nominasiyası üzrə “Uğur – 2018” Milli Mükafatına layiq görülüb. Mükafat nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbova təqdim edilib. 
ƏƏSMN-nin “Uğur-2018” Milli Mükafatına layiq görülməsinin əsasında 2018-ci ildə nazirliyin həyata keçirdiyi mühüm sosial müdafiə və aktiv məşğulluq tədbirləri, əhaliyə xidmətllərin müasir iş prinsiplərinə uyğun və şəffaf təşkili üçün aparılan islahatlar dayanır. 
F.Talıbov Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, nazirlik tərəfindən əmək, məşğulluq, sosial müdafiə sahələrində şəffaflıq və sosial ədalət, innovativ yanaşma prinsiplərinin təmin olunmasına yönələn geniş miqyaslı islahatlar proqramı, sosial müdafiə və aktiv məşğulluq tədbirləri barədə məlumat verib. O, mükafata görə “Consulting&Business” jurnalının İdarə Heyətinə minnətdarlığını ifadə edib.
Tədbirdə nazirliyin 2018-ci ildə həyata keçirdiyi islahatlara və əhalinin sosial müdafiəsinin gücləndirilməsi, həssas qrupların rifah halının yaxşılaşdırılması istiqamətində gördüyü işləri əks etdirən videoçarx nümayiş olunub. Qeyd edilib ki, dövlət sosial xidmətləri sahəsində yeni keyfiyyət mərhələsinə keçidi təmin edən mühüm bir layihənin - nazirliyin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi) və “DOST” mərkəzlərinin yaradılmasına başlanması 2018-ci ilin mühüm uğurlarındandır. Cənab Prezidentin humanist təşəbbüsü ilə şəhid vərəsələrinə 11 min manat birdəfəlik ödəmənin verilməsinə başlanması, şəhid ailəsi üçün Prezidentin təqaüdünün aylıq məbləğinin 58 manat artırılaraq 2019-cu il fevralın 1-dən 300 manata çatdırılması da həmin ailələrə yüksək qayğının təzahürü olub.
Prezidentin sərəncamı ilə icra olunan özünüməşğulluq proqramının əhatə dairəsi ötən il 6,5 dəfə genişləndirilərək 7,3 minə yaxın aztəminatlı ailəni əhatə edib. Cari ilin əvvəlindən icrasına başlanan ”İşsizin DOSTu” proqramı 30 min işsiz və işaxtaran şəxsin əmək müqaviləsi əsasında ödənişli ictimai işlərlə təminatına imkan verib. Nazirlik tərəfindən 2019-cu ilin əvvəlindən pensiya təyinatının avtomatlaşdırılmış infrastrukturu fəaliyyət göstərir. 

 

Z. BƏŞİRQIZI, 
“Xalq qəzeti”

18 2019 23:16 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin