Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sənayeləşmənin inkişafı uğurlu gələcəyin əsas şərtidir

Sənayeləşmənin inkişafı uğurlu gələcəyin əsas şərtidir

Prezident İlham Əliyevin "Azərbaycanın gələcək inkişafı sənayenin inkişafı ilə bağlı olmalıdır” strateji xəttinə uyğun olaraq, ölkəmizdə həyata keçirilən sənayeləşmə siyasəti nəticəsində son 15 ildə yüzlərlə müasir sənaye müəssisəsi, yeni sənaye sahələri yaradılıb, tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artıb, ixracın həcmi yüksəlib.
Bu müddətdə  qeyd etdiyim kimi, ənənəvi olan sənaye sahələri genişlənməklə yanaşı, yeni sənaye sahələri də işə salınıb. Belə ki, 2013-cü ildə ilk süni peykini orbitə çıxararaq dünya kosmos ailəsinin üzvünə çevrilən Azərbaycan daha sonra sayca 3-cü peykini – “Azərspace-2”ni də orbitə buraxıb. Müasir texnologiyalara əsaslanan gəmiqayırma zavodunun fəaliyyətə başlaması ilə yeni sənaye sahəsi fəaliyyətə başlayıb. Ölkədə təkrar istehsalın təşkili məqsədilə Balaxanı Sənaye Parkı fəaliyyətə başlayıb. İstehsal gücünə görə Şərqi Avropada və MDB məkanında bu tipli ən iri müəssisə olan və Avropa İttifaqının ətraf mühitin mühafizəsi sahəsində ən sərt normativlərinə tam cavab verən Bərk Məişət Tullantılarının Yandırılması Zavodu ölkədə ekoloji vəziyyətin yaxşılaşdırılmasına xidmət göstərməklə yanaşı, həm də tullantıları enerjiyə çevirməyə başlayıb.  
Azərbaycanda son 15 ildə sənaye sektorunda çalışmaq istəyənlərin maraqlarını gerçəkləşdirmək  məqsədilə sənaye parklarının yaradılması da diqqət mərkəzində saxlanılıb. Artıq respublikada  bir sıra ixtisaslaşan  sənaye və texnologiyalar parklarının  fəaliyyət göstərməsi bunun məntiqi nəticəsidir. Xatırladım ki, həmin parkların rezidentləri tərəfindən istehsal olunan məhsullar daxili bazarın tələbatını ödəməklə yanaşı, “Made in Azerbaijan” brendi ilə xarici ölkələrə ixrac edilir.
Prezident İlham Əliyev bütün bunlarla bağlı “SOCAR Polymer”in yüksək sıxlıqlı polietilen zavodunun açılışında ətraflı danışıb. Dövlət başçısı bildirib: “Belə böyük layihələrin icrasının çox böyük mənası, çoxşaxəli təsiri var və bir daha onu göstərir ki, Azərbaycan düzgün yoldadır. Biz bu layihələrə start verəndə, əlbəttə, təxmin edirdik ki, bu, çox gözəl nəticələrə gətirib çıxaracaq. Bu gün biz bunun əyani şahidiyik. Bundan sonra da Azərbaycanın sənaye potensialı inkişaf edəcək. Sənayeləşmə öz gözəl nəticələrini verir...”.
Bütün bunlar bir daha təsdiq edir ki, Azərbaycan öz sənaye potensialını getdikcə müasirləşdirir və gücləndirir. Keçən il qeyri-neft sektorunda sənaye istehsalının 9 faizdən çox, cari ilin birinci ayında isə 14 faizə yaxın artması bunun sübutudur.

 

Rəfail ALLAHVERDİYEV,
iqtisad üzrə fəlsəfə doktoru

18 2019 23:13 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə