Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“SOCAR Polymer”in istifadəyə verilməsi ilə qeyri-neft ixracı 15 faiz artacaq

“SOCAR Polymer”in istifadəyə verilməsi  ilə qeyri-neft ixracı 15 faiz artacaq

Regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurlu  icrası ölkəmizin iqtisadi qüdrətini daha da artırmış, yeni iş yerlərinin açılmasına rəvac vermiş və əhalinin həyat səviyyəsi getdikcə yüksəlmişdir.  Son 15 il ərzindəki reallıqlar da  bunu  təsdiqləyir.  
Qarşıya qoyulan vəzifələrin uğurlu icrası, həmçinin verilən bütün vədlərin artıqlaması ilə yerinə yetirilməsi əhalinin gələcəyə olan inamını daha  da artırmışdır. Bu dövr ərzində ölkəmizdə köklü iqtisadi islahatlar aparılmış, bölgələrdə infrastruktur layihələri həyata keçirilmişdir. İnfrastruktur layihələri ölkəmizin ümumi inkişafına böyük təkan verməklə yanaşı, həm də  nəhəng transmilli infrastruktur layihələrin rellaşdırılmasına, habelə  Avrasiyanın enerji və nəqliyyat xəritəsini dəyişməyə  imkan yaratmışdır.
Regionlarda müasir tələblərə cavab verən istehsal və sənaye müəssisələrinin yaradılması düzgün müəyyənləşdirilmiş  strategiyanın bariz nümunəsidir. Belə nümunələrdən biri də Prezident İlham Əliyevin də iştirak etdiyi  Sumqayıtda “SOCAR Polymer”in yüksək sıxlıqlı polietilen zavodunun açılış mərasiminin keçirilməsidir. 
Dövlət başçısı qeyd edib ki, bu zavodda işləyənlərin əksəriyyəti gənclərdir. Bir neçə il bundan əvvəl bu zavodun təməlinin qoyulduğunu deyən ölkə başçısı  diqqətə çatdırıb ki, əvvəllər burada  heç nə yox idi.  Vaxtilə burada fəaliyyət göstərmiş müəssisələr sıradan çıxmış və yarıdağılmış vəziyyətdə olub. Ona görə də bu ərazi dövlət tərəfindən  nəzarətə götürülüb və əsaslı təmizlik işləri aparıldıqdan sonra  Sumqayıt Kimya Sənaye Parkının ərazisinə daxil edilib.
Bu parkın ərazisi  500 hektardan çoxdur.  Müasir sənaye mərkəzinin  yaradılması üçün ərazidə  bütün kommunikasiya, infrastruktur layihələri icra edilib. Artıq  Sumqayıt Kimya Sənaye Parkında bir çox müəssisələr fəaliyyət göstərir və onların arasında  yenicə istifadəyə verilmiş “SOCAR Polymer” zavodunun  xüsusi yeri var. İstehsal gücü 300 min ton olan zavodda  500-dən çox yeni iş yeri açılacaq. Bu zavodun fəaliyyətə başlaması qeyri-neft ixracının 15 faiz artımı deməkdir.  Belə müəssisələrin açılmasında əsas  məqsədlərdən biri yeni iş yerlərnini açılması ilə yanaşı, qeyri-neft ixracını artırmaq, ölkə iqtisadiyyatını şaxələndirmək və Azərbaycanda müasir texnologiyalı müəssisələrin yaradılmasına nail olmaqdır. 
Dövlət başçımızın qeyd etdiyi kimi, belə böyük, texnoloji cəhətdən müasir zavodların fəaliyyəti yerli mütəxəssis gənclərin hazırlanmasına da xidmət göstərir. Qabaqcadan təlim keçmiş,  yüksək əmək haqqı alan gənclər müasir tələblərə cavab verən müəssisələrdə işləməklə ölkə iqtisdiyyatının  daha da möhkəmləndirilməsinə öz töhfələrini verəcəklər.  
Yeni istifadəyə verilmiş zavodun mühüm xüsusiyyətlərindən biri də odur ki, burada istehsal olunan məhsullar ixracyönümlüdür və ölkəmizə valyuta gətirəcək. Zavodda  tətbiq olunan müasir texnologiyalar Azərbaycanın texnoloji inkişafında  böyük rol oynayacaq. Bununla yanaşı, yeni müəssisə Sumqayıt şəhərinin ümumi inkişafına da böyük töhfə verəcək. 

 

Rüstəm XƏLİLOV,
Milli Məclisin deputatı

18 2019 23:11 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin