Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 55 Bakı şəhəri, 15 fevral 2019-cu il

 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 22 sentyabr tarixli 150 nömrəli Qərarı ilə təsdiq edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun mühafizə (bufer) zonasının xüsusi hüquqi rejimi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan ­Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 1 oktyabr tarixli 1255-VQD nömrəli Qanununun tətbiqi və “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli 725 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 noyabr tarixli 332 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 22 sentyabr tarixli 150 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 9, maddə 860; 2015, № 10, maddə 1241; 2016, № 3, maddə 596; 2017, № 12 (I kitab), maddə 2477) ilə təsdiq edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun mühafizə (bufer) zonasının xüsusi hüquqi rejimi haqqında Əsasnamə”nin 3.3-cü bəndi aşağıdakı redaksiyada verilsin:
“3.3. Zonadan keçən yollarda nəqliyyat vasitələrinin hərəkəti abidələrin qorunmasına təhlükə yaratdıqda, İdarə onların hərəkətini məhdudlaşdırır və ya qadağan edir.”.

 

Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş naziri

 

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə