Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ağstafada bütün sahələrdə inkişaf, tərəqqi var

Ağstafada bütün sahələrdə inkişaf, tərəqqi var
Heydər Əliyev Mərkəzində rayon icra hakimiyyəti başçısının 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir. Rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərlərinin, eləcə də ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirin iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzmüş, ümummilli liderin xatirəsini ­ehtiramla yad etmişlər.
 
2018-ci ilin yekunlarına həsr olunmuş qısametrajlı film nümayiş olunduqdan sonra rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev geniş məruzə ilə çıxış etmişdir. Rayon rəhbəri qeyd etmişdir ki, ölkə başçısı tərəfindən regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin uğurlu icrası ölkəmizin bütün bölgələrində olduğu kimi, Ağstafanın da inkişafına böyük təkan vermişdir. Rayonda həyata keçirilən sosial-iqtisadi islahatlar, ağstafalıların həyatında, onların maddi rifah halının yaxşılaşdırılmasında mühüm rol oynayır. Məhz bunun nəticəsidir ki, rayonda sahibkarlığın dəstəklənməsi və inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində ötən dövr ərzində 7324 yeni iş yeri açılmışdır. Son 7 ildə rayonda ümumi məhsul buraxılışının həcmi 2 dəfə, sənaye məhsulu istehsalı 3,5 dəfə, kənd təsərrüfatı məhsulları istehsalı 1,8 dəfə, tikinti-quraşdırma işlərinin həcmi 2,4 dəfə, əsas kapitala yönəldilən investisiyalar 2,4 dəfə, orta aylıq nominal əmək haqqı 1,3 dəfə artmışdır. 2018-ci ildə kənd təsərrüfatı məhsullarının istehsalı ilə 12591 nəfər məşğul olmuşdur. Ölkə Prezidentinin sərəncamı ilə rayonda 9 ədəd subartezian quyusu istismar üçün balansa götürülmüş, 12 ədəd yeni subartezian quyusunun qazılması cari ildə nəzərdə tutulur.
İl ərzində Ağstafa şəhərinin abadlaşdırılması, küçə və meydanların yenidən qurulması, çoxmənzilli yaşayış binalarının təmiri işləri ön plana çəkilmişdir. Rayonun Qıraq Kəsəmən, Zəlimxan və Göycəli kəndlərində yerli imkanlar hesabına “Şəhidlər parkı” tikilib istifadəyə verilmişdir. Ağstafa rayonunun yaşayış məntəqələri 100 faiz mavi qazla təmin olunmuşdur. Əhalinin elektrik enerjisini daha da yaxşılaşdırmaq məqsədi ilə 124 ədəd yararsız dayaq yenisi ilə əvəz edilmiş, 7,7 kilometr uzunluğunda yeni SİP kabel xətti çəkilmiş və 1011 ədəd yeni metal dayaqlar quraşdırılmışdır. 
Ağstafa şəhər əhalisinin daha təmiz və keyfiyyətli su ilə təmin olunması üçün rayonun Vurğun qəsəbəsində yerləşən mərkəzi su anbarı kompleksinin ərazisində müasir sutəmizləyici qurğunun tikintisi həyata keçirilir. 
Rayonun yol-nəqliyyat təsərrüfatı sisteminin kompleks şəkildə əsaslı surətdə yenidən qurulması davam etdirilmiş və kənd yollarının 90 faizi asfaltlanmışdır. Hazırda 9,5 kilometr uzunluğunda Ağstafa-Xətai-Yenigün avtomobil yolunun yenidən qurulması və əsaslı təmiri işlərinə başlanmışdır. 
Təhsilin infrastrukturunun daha da yaxşılaşdırılması istiqamətində Köhnəqışlaq kəndində 108 ­şagird yerlik yeni məktəb binası və Kolayır kəndində 20 şagird yerlik modul tipli ibtidai məktəb binası tikilib istifadəyə verilmişdir. Qəzalı vəziyyətdə olan Böyük-Kəsik kənd tam orta məktəbinin yeni binasının tikinti işləri davam etdirilir, H.Aslanov qəsəbəsində 20 şagird yerlik modul tipli məktəbin quraşdırılması başa çatdırılmış və yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulur. 2018-ci ildə ali məktəblərin qəbul imtahanlarında məzunlarımızdan 17 nəfər 600-dən, 42 nəfəri isə 500 baldan yuxarı nəticə göstərmişdir.
2018-ci ildə rayon icra hakimiyyəti başçısı tərəfindən şəhər, qəsəbə və kəndlərdə 40 səyyar qəbul- görüş keçirilmişdir. Bu qəbullarda 4306 nəfər sakin iştirak etmiş, 409 təklif verilmişdir. Qaldırılan problem və təkliflərin 202-si həll olunmuş, 59-nun icrası davam etdirilir, 148 təklifin icrası ilə əlaqədar müvafiq mərkəzi icra hakimiyyəti orqanlarına müraciətlər göndərilmişdir.
Tədbirdə iştirakçılar açıq mikrofon vasitəsilə öz arzu və təkliflərini səsləndirmişlər.
Yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Orxan Mürsəlov, Milli Məclisin deputatı Nizami Cəfərov çıxış etmişlər.
Yığıncaq iştirakçıları adından ­Prezident İlham Əliyevə müraciət qəbul edilmişdir.
Tədbirin sonunda 2018-ci ildə rayonun ictimai-siyasi, iqtisadi və mədəni həyatında fərqlənən bir qrup sakin rayon icra hakimiyyəti başçısının Fəxri fərmanları ilə təltif olunmuşdur.
 
Hamlet Qasımov,
“Xalq qəzeti”nin bölgə müxbiri
18 2019 22:26 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin