Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsi təminatındakı təşkilatların 2019-cu il ərzində mebel-inventar, məişət və digər texniki avadanlıqlarına- 1-ci Lot mebel və yumşaq inventarlara, 2-ci Lot jalüz pərdələrinə, 3-cü Lot mətbəx avadanlıqlarına, 4-cü Lot seyf və dəmir dolablara, 5-ci Lot idman avadanlıqlarına və 6-cı lot müxtəlif məişət texnikalarına olan tələbatını ödəmək üçün AÇIQ TENDER ELAN EDİR

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsi  təminatındakı təşkilatların 2019-cu il ərzində mebel-inventar, məişət və digər texniki avadanlıqlarına- 1-ci Lot mebel və yumşaq inventarlara, 2-ci Lot jalüz pərdələrinə, 3-cü Lot  mətbəx avadanlıqlarına, 4-cü Lot seyf və dəmir dolablara, 5-ci Lot idman avadanlıqlarına və  6-cı lot müxtəlif məişət texnikalarına olan tələbatını ödəmək üçün AÇIQ TENDER ELAN EDİR

Tender 6 Lot üzrə cari il martın 19-u saat 15.00-da DİN-in Maddi-Texniki Təminat Baş İdarəsinin inzibati binasında (Bakı, Azadlıq prospekti 161-də) keçiriləcəkdir.
İddiaçılar bütün lotlarda iştiraka görə 1765,00 manat, 1-ci Lot üzrə 1200,00 manat, 2-ci Lot üzrə 95,00 manat, 3-cü Lot üzrə 75,00 manat, 4-cü Lot üzrə 90,00 manat, 5-ci Lot üzrə 125,00 manat və 6-cı Lot üzrə isə 180,00 manat iştirak haqqı ödəməli və aşağıdakı hesaba köçürməlidirlər:
Bank rekvizitləri- Dövlət Xəzinədarlıq Agentliyi
Kod- 210005
VÖEN- 1401555071
 M/h- AZ41NABZ01360100000000003944
SWİFT BİK CTREAZ22
 DİN-in Maddi-Texniki Təminat Baş İdarəsi
Hh- AZ32CTRE00000000000002077770 
VÖEN- 1500281641
BTK 142340
Fond- 7 
İştirak haqqı geri qaytarılmır. 
Tenderdə iştirak etmək üçün DİN-in Maddi-Texniki Təminat Baş İdarəsinin tender komissiyasına aşağıdakı sənədlər təqdim olunmalıdır:
- tenderdə iştirak etmək üçün ərizə;
- iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
- tender təklifi (30 bank günü qüvvədədir);
- tender təklifinin ümumi dəyərinin 1 faizi həcmində tender təklifinin bank təminatı. Təminatın qüvvədə olma müddəti 60 bank günü təşkil edir;
- malgöndərənin tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- malgöndərənin son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövrü) maliyyə vəziyyəti haqqında bank tərəfindən verilmiş arayış;
- vergi orqanlarından müvafiq arayış:
Malgöndərən öz tender təklifini “Dövlət satınalmaları haqqında’’ Qanunda müəyyənləşdirilmiş qaydada hazırlayaraq bank təminatı ilə birlikdə tender prosedurunun başlanmasına ən azı bir bank günü qalmış, yəni 2019-cu il martın 18-i saat 17.00-dək tender keçirənə təqdim etməlidir. Bu müddətdən gec təqdim olunan tender təklifi baxılmadan malgöndərənə qaytarılır və onun tenderdə iştirakına yol verilmir.
Digər sənədlər satınalan təşkilata tender prosedurunun başlanmasına azı 7 bank günü qalmış, yəni cari il martın 6-sı saat 17.00-dək təqdim olunmalıdır. 
İddiaçı tərəfindən hazırlanmış, imzalanıb möhürlənmiş tender təklifi bank təminatı ilə ikiqat zərfə qoyulur. Hər iki zərfin bağlı tərəfini iddiaçı imzalayıb möhürləyir və tender komissiyasına təqdim edir.
Təkliflər qiymətləndirilib müqayisə edildikdə bu meyarlar nəzərə alınmaqla malgöndərənlərə üstünlük veriləcəkdir:
- satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin və etibarlılığının olması;
- satınalma müqaviləsinin vaxtında yerinə yetirilməsi imkanları;
- ən aşağı qiymət və yüksək keyfiyyət.
Tenderdə iştirak etməkdə maraqlı olanlara bildirilir ki, mebel-inventar, məişət və digər texniki avadanlıqlar aprel-sentyabr ayları ərzində DİN-in Mərkəzi Bazasına çatdırılmalıdır. 
Malgöndərənlər iştirak haqqını yuxarıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu tender komissiyasından ala bilərlər.
Tender proseduru “Dövlət satınalmaları haqqında’’ Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.
Əlaqələndirici şəxslər - Zahid Sarıyev və Rövşən İbrahimov.
Telefonlar - 590-20-18, 590-67-24.

Tender komissiyası

19 2019 02:19 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
20 Mart 2019 | 02:18
MƏTANƏT A
20 Mart 2019 | 02:17
AVROMED
20 Mart 2019 | 02:12
Kapital Bank
20 Mart 2019 | 02:11
B İ L D İ R İ Ş
20 Mart 2019 | 02:11
B İ L D İ R İ Ş

Ən son xəbərləri səhifəmizdən də izləyin