Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hörmətli doktorant, dissertant və müstəqil tədqiqatçılar!

Hörmətli doktorant, dissertant və müstəqil tədqiqatçılar!

Azərbaycan Turizm və Menecment Universiteti 2019-cu il mayın 16 və 17-də “İdarəetmədə multikultural dəyərlər” mövzusunda 4-cü respublika elmi konfransı keçirir.
Konfransın keçirilməsində əsas məqsəd müasir dövrdə müxtəlif sahələrin idarə edilməsində yol verilən nöqsanların müəyyənləşdirilməsi və onların aradan qaldırılması yollarının müzakirə edilərək tətbiq üçün qəbulu və yeniliklərin daxil olunması istiqamətində perspektiv imkanların müzakirə edilməsidir.
Konfransda aşağıdakı istiqamətlər üzrə məruzələr dinləniləcəkdir.
1. Azərbaycançılıq və multikultural dəyərlər. 
2. Multikulturalizm və tolerantlıq. 
3. Mədəni, etnik, dini müxtəlifliyin tolerant əsasları.
4. Turizmin inkişafında mədəni irsin rolu. 
5. Multikulturalizmin təbliğində bədii mədəniyyətin rolu.
6. Turizmin sosial-iqtisadi inkişafa təsiri.
7. Multikulturalizmin hüquqi təminatı.
8. Müasir idarəetmənin inkişaf tendensiyaları.
Konfransda iştirak üçün məruzənin mövzusu və müəllif haqqında aşağıda göstərilən məlumatlar daxil edilmiş ərizənin 2019-cu il mayın 7-dək təşkilat komitəsinə göndərilməsi mütləqdir.
• Adı, soyadı, ata adı.
• Elmi dərəcəsi.
• İş yeri, vəzifəsi.
• Poçt ünvanı (iş və ev).
• Telefon, faks ( şəhər kodu göstərilməklə).
• Elektron ünvan.
• Məruzənin mövzusu.
• İstiqaməti.
• Texniki vasitələrdən istifadənin vacibliyi.
Təşkilat komitəsi proqrama uyğun məruzələrin seçimini və proqrama daxil edilməsi hüququnu öz üzərinə götürür, redaksiya heyəti isə proqrama daxil olunmuş məruzələrin redaktəsi işini həyata keçirir. Elmi səviyyəsi tələblərə uyğun olmayan materiallar məruzə üçün qəbul edilmir.
Konfrans Azərbaycan, rus və ingilis dillərində keçiriləcəkdir.
Məqalələrin tərtib olunma qaydaları:
Məqalələr 5 səhifədən çox olmamaqla, Azərbaycan, rus və ingilis dillərində təqdim olunmalıdır. İstifadə edilən ədəbiyyatların siyahısı mənbənin adı, çap olunduğu məcmuə, nəşr ili və səhifə göstərilməklə kvadrat mötərizə içərisində [6,s.109] şəklində verilir.
Konfrans haqqında məlumat Azərbaycan Turizm və Menecment Universitetinin rəsmi saytında(http:// www.atmu.edu.az) və rəsmi facebook səhifəsində (www.facebook.com/atmu.official/?fref=ts) yerləşdirilmişdir.
 Məqalə müraciət forması ilə birlikdə elektron şəkildə 2019-cu il fevralın 15-dən mayın 7-dək [email protected] elektron ünvana göndərilməlidir.
Sonrakı fəaliyyətlər və təşkilati tədbirlər haqqında əlavə məlumat veriləcəkdir.
Əlaqə telefonu- (012) 5644233 (125).
Ünvan- Bakı, Koroğlu Rəhimov küçəsi 822/23.
Email- [email protected]

Təşkilat komitəsi

19 2019 02:18 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
18 May 2019 | 01:18
B İ L D İ R İ Ş

Köhnə versiyamızdan xəbərləri izlə