Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Suraxanı Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi aşağıdakı lotlar üzrə AÇIQ TENDER ELAN EDİR:

Suraxanı Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi aşağıdakı lotlar üzrə AÇIQ TENDER ELAN EDİR:

 Tender 7 (yeddi) lot üzrə keçirilir.
 Lot-1. Təsərrüfat mallarının satınalınması.
 Lot-2. Xüsusi geyimlərin satınalınması.
 Lot-3. Avadanlıqların satınalınması.
 Lot-4. Ehtiyat hissələrinin satınalınması.
 Lot-5. Parkın abadlaşdırılmasının satınalınması.
Lot-6. Mənzil fondunun təmiri işlərinin satınalınması.
Lot-7. Asfalt örtüyünün təmiri işlərinin satınalınması.
Tenderdə iştirak etmək üçün iddiaçılar iştirak haqqını hər bir lot üçün 100 manat məbləğdə aşağıda göstərilən bank hesabına köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsi 3 nömrəli ünvanda yerləşən Suraxanı Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyindən ala bilərlər. 
Əlaqələndirici şəxs- İbadulla Əhmədov, əlaqə telefonu- ­
(050) 317-88-09.
İddiaçılar iştirak haqlarını aşağıdakı hesaba köçürməlidirlər:
Hh-AZ70İBAZ3809001944933823
VÖEN- 1900086671
Adı-ABB Suraxanı filialı 
Kod- 805250
VÖEN-9900001881
Mh- AZ03NABZ01350100000000002944
S.W.I.F.T. İBAZAZ2X 
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
– tenderdə iştirak etmək üçün ərizə; 
– tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi; 
– tender təklifi (zərflərin açıldığı gündən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır); 
– tender təklifi qiymətinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı gündən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır); 
– Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olub-olmaması haqqında müvafiq vergi orqanından arayış; 
– iddiaçının son iki ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti; 
– iddiaçının son iki il ərzində maliyyə vəziyyəti (dövriyyəsi) haqqında bank arayışı; 
– iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri və mənfəət vergisinin bəyənnaməsi; 
– iddiaçının müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatının , tikinti-quraşdırma və xüsusi torpaq işləri ilə bağlı lisenziyasının vacibliyi.
Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq həyata keçiriləcəkdir (www.tender.gov.az). 
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 27 mart 2019-cu il saat 17.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 4 aprel 2019-cu il saat 17.00-a qədər Qaraçuxur qəsəbəsi,Ə.Mehbalıyev küçəsi 3 nömrəli ünvana təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. 
İddiaçıların təklifləri 5 aprel 2019-cu il saat 16.00-da Qaraçuxur qəsəbəsi,Ə.Mehbalıyev küçəsi 3 nömrəli ünvanda yerləşən Suraxanı Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyində açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştitrak edə bilərlər.

Tender komissiyası

 

19 2019 02:15 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
18 May 2019 | 01:18
B İ L D İ R İ Ş

Köhnə versiyamızdan xəbərləri izlə