Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xalq rəssamının yubileyi keçirilmişdir

 Xalq rəssamının yubileyi keçirilmişdir

Muzey Mərkəzində Xalq rəssamı, Dövlət mükafatı laureatı Rafis İsmayılovun 80 illiyinə həsr edilmiş tədbir keçirilmişdir.
Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə reallaşan tədbirdə qonaqlar əvvəlcə rəssamın əsərlərindən ibarət sərgiyə baxmışlar.
Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev çıxış edərək ölkəmizdə mütəmadi olaraq tanınmış mədəniyyət və incəsənət xadimlərinin yubileylərinin, yaradıcılıq gecələrinin təşkil olunduğunu, bu tədbirlərin həyata keçirilməsinə Mədəniyyət Nazirliyi tərəfindən daim dəstək göstərildiyini vurğulamışdır.
Tədbirdə Vaqif Əliyev yubilyar rəssamın həyat və yaradıcılığından danışaraq Azərbaycan mədəniyyətinin inkişafına verdiyi töhfələrdən bəhs etdi. Qeyd olundu ki, Rafis İsmayılov Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirdikdən sonra Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Rəssamlıq fakültəsində təhsil alıb. Sonra “Azərbaycanfilm” kinostudiyasında çalışan sənətkar 30-dan artıq bədii filmin quruluşçu rəssamı olub. Bir sıra kitablara illüstrasiyalar çəkən sənətkar atalar sözləri, “Kitabi-Dədə Qorqud” dastanının motivləri və xalq mahnılarımıza həsr olunmuş xeyli sayda rəsm əsərləri yaradıb.
Rafis İsmayılov 2003-2005-ci illərdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı və Akademik Opera və Balet Teatrında bir sıra tamaşaların da bədii tərtibatçısı olub.
Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov, kinorejissor, Xalq artisti Oqtay Mirqasımov, Xalq rəssamı Arif Hüseynov və başqaları sənətkarın yaradıcılığından, insanıi keyfiyyətlərindən söz açdılar, ona cansağlığı və yaradıcılıq uğurları arzulamışlar.

M.MÜKƏRRƏMOĞLU, 
“Xalq qəzeti”

 

18 2019 22:14 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin