Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Almaniya vətəndaşlarının Böyük Britaniyaya ekstradisiyası dayandırılacaq

Almaniya vətəndaşlarının Böyük Britaniyaya ekstradisiyası dayandırılacaq

“Euronews” agentliyinin yaydığı məlumata görə, Böyük Britaniya Avropa İttifaqını (Aİ) tərk edəndən sonra Almaniya öz vətəndaşlarının bu ölkəyə ekstradisiyasını dayandıracaq.
Mənbə “Financial Times” nəşrinin məlumatına isitinadən yazır ki, rəsmi Berlin bununla bağlı Avropa Komissiyasına bildiriş göndərib. Hazırda ölkə konstitusiyasına əsasən Almaniya vətəndaşlarının ekstradisiyası ilə bağlı sərt məhdudiyyətlər mövcuddur.Yalnız Aİ-yə üzv ölkələrin Avropa qanunları çərçivəsində həbs orderi və beynəlxalq məhkəmə vasitəsilə göndərdiyi sorğular istisna hal kimi qəbul edilə bilər. Yeni qaydalara əsasən “Breksit”dən sonra Almaniya öz vətəndaşlarının həbsi ilə bağlı Britaniya tərəfinin göndərdiyi heç bir sorğunu qəbul etməyəcək. Vəziyyət hətta “Breksit”dən sonra 21 aylıq keçid dövrü qüvvəyə mindiyi müddətdə də dəyişməyəcək.
Məlumat üçün bildirək ki, Britaniya Avropa İttifaqını rəsmi olaraq martın 29-da, danışıqlar üçün ayrılmış 2 illik vaxt başa çatandan sonra tərk etməlidir.

Mahmud QƏRİBOV, 
“Xalq qəzeti”

18 2019 22:10 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə