Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yəməndə mühüm razılaşma əldə olunub

Yəməndə mühüm razılaşma əldə olunub

Yəmən hökumətinin və “Ənsar Allah” hərəkatından olan qiyamçı husilərin nümayəndələri fevralın 16-17-də keçirdikləri görüşdə hərbi qüvvələrin yerdəyişməsi ilə bağlı əhəmiyyətli irəliləyişə nail olublar. Bu barədə BMT baş katibinin ofisi tərəfindən yayılmış bəyanatda bildirilir. Məlumatı RİA “Novosti” verib. 
“Son günlər koordinasiya komitəsi sədrinin iştirakı ilə aparılmış gərgin, lakin çox konstruktiv müzakirələrdən sonra tərəflər qoşunların qarşılıqlı şəkildə yerdəyişməsinin birinci fazası ilə bağlı razılaşma əldə ediblər”, – deyə bəyanatda qeyd edilir. 
Hökumətin və qiyamçıların təmsilçiləri hərbi qüvvələrin yerlərini dəyişməsinin ikinci fazası üzrə də müəyyən razılığa gəliblər: Yaxın bir həftə ərzində ikinci faza ilə bağlı razılaşma əldə olunması üçün koordinasiya komitəsinin iclası keçiriləcək.   
Xatırladaq ki, Yəməndə hökumət qüvvələri ilə qiyamçı husilər arasında hərbi-siyasi münaqişə 2014-cü ildən bəri davam edir. 2015-ci ildən bu günədək hökumətin tərəfində Səudiyyə Ərəbistanının başçılığı ilə ərəb ölkələrinin hərbi koalisiyası mübarizə aparır. 2018-ci ildə Yəmən münaqişəsinin tərəfləri İsveçdə BMT-nin himayəsi altında danışıqlar masası arxasında görüşüblər. 
Danışıqlardan sonra bir sıra razılaşmalar əldə olunub. Bu razılaşmalar əsirlərin dəyişdirilməsi, Qırmızı dəniz sahilindəki Xodeyde liman şəhərində atəşkəsin dayandırılması və şəhərin BMT-nin nəzarətinə verilməsi kimi məsələləri əhatə edib. 

 

Paşa ƏMİRCANOV, 
 “Xalq qəzeti”

18 2019 22:09 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə