Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Lukaşenko dövlətin müdafiə planına dəyişikliklər edir

Lukaşenko dövlətin müdafiə planına dəyişikliklər edir

Belarus müdafiə naziri Andrey Ravkov Belarus-1 televiziyasına açıqlama verib. Nazir açıqlamada  ölkənin müdafiə sahəsində bir sıra dəyişikliklərin edilməsini bəyan edib. Bu barədə məlumatı adıçəkilən telekanala istinadən “Anadolu” agentliyi yayıb. 
Andrey Ravkov qeyd edib ki, rəsmi Minsk  2019-cu ildə ölkənin yaxın 5 il ərzində keçərli olacaq müdafiə planına düzəlişlər  edəcək. “Bu il biz 2020-2024-cü illərdə keçərli olan dövlətin müdafiə planını korrektə etməliyik. Bu iş artıq başladılıb və ilin sonunda dövlət başçısına dəqiqləşdirilmiş müdafiə planı təqdim ediləcək”, – deyə nazir bildirib.
Qeyd edək ki, bir müddət öncə Belarus Moskva ilə yaranan gərginliklə əlaqədar Rusiya ilə sərhədlərini gücləndirib. Üstəlik, rəsmi Minskin Polşa ilə də münasibətləri də pisləşib. Belə ki, Belarus Polşada ABŞ hərbi bazasının yerləşdirilməsini qəbul etməyəcəyini bəyan edib.

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

18 2019 22:08 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə