Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rusiyadan sürpriz kosmos planı

Rusiyadan sürpriz kosmos planı

Rusiya şirkətləri  turistlər üçün kosmik yaxta hazırlayırlar. Bu barədə BBC məlumat yayıb. Mənbə yazır ki,  Yerətrafı orbitə ilk turist uçuşu yaxın 5 ildə baş tuta bilər.

Bu sensasiyalı məlumatı Rusiyanın “Aviasiya-kosmik texnologiyalar” Elm-İstehsalat Birliyinin baş konstruktoru Aleksandr Beqak Soçidə keçirilən investisiya forumunda bildirib.

Onun sözlərinə görə, avtomatlaşdırılmış rejimdə işləməsi nəzərdə tutulan pilotsuz suborbital hava gəmisi “Selena kosmik yaxtası” adlanır. Onun hazırlanmasına 2 il əvvəl başlanıb və bu haqda məlumat indiyədək heç bir yerdə yayılmayıb.

Hesablamalara görə, yaxta təyyarə kimi istənilən aerodromdan havaya qalxa biləcək: “Bu aparatın istənilən aerodroma enmək qabiliyyəti də olacaq. Biz indi turistlərin kosmosda qalması üçün optimal müddəti və rahat uçuş trayektoriyasını müəyyənləşdirməliyik. Təcrübə göstərir ki, insanlara 10 dəqiqə çəkisiz şəraitdə qalmaq o qədər də asan deyil”.

Konstruktorlar cəmi 3 yaxta hazırlamağı nəzərdə tuturlar. Onların hər biri ilə 6 sərnişin uça biləcək.

Kosmosa uçuş üçün bir biletin qiyməti 200-300 min dollar ehtimal olunur.

 

Elçin ABBASOV,
“Xalq qəzeti”

18 2019 18:03 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin