Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Abşeronlu məzuna layiq görüldüyü qızıl medal təqdim olunub

Abşeronlu məzuna layiq görüldüyü qızıl medal təqdim olunub

Abşeron rayon Masazır kənd 3 nömrəli tam orta məktəbin məzunu Əbilhəsən Dilavərli təhsil ocağını yüksək nailiyyətlərlə bitirdiyinə görə qızıl medala layiq görülüb. Bu münasibətlə gəncin məzunu olduğu tam orta məktəbdə tədbir keçirilib.

Tədbirdə çıxış edən məktəbin direktoru Lalə Quliyeva ötən il ölkə üzrə ümumi təhsil müəssisələrinin 185 məzununun qızıl medalla təltif edildiyini, onlardan birinin də Əbilhəsən Dilavərli olduğunu bildirib.

Direktor məktəbin uğurlarından söz açaraq, bunun davamlı olacağına əminliyini ifadə edib.

Sonra Abşeron Rayon Təhsil Şöbəsinin əməkdaşı Pərviz Əhmədov hazırda Bakı Dövlət Universitetinin tələbəsi olan Əbilhəsən Dilavərlini qazandığı uğura görə təbrik edib.

Daha sonra Əbilhəsən Dilavərliyə layiq görüldüyü qızıl medal təqdim olunub.

 

Səməd HÜSEYNOĞLU,
“Xalq qəzeti”nin bölgə müxbiri

18 2019 17:48 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə