Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hindistanda azərbaycanlı alimin kitabının təqdimatı keçirilib

Hindistanda azərbaycanlı alimin kitabının təqdimatı keçirilib

Bakı Dövlət Universtetinin professoru, tarix elmləri doktoru İsmayıl Məmmədov (İsmayıl bəy Zərdablı) fevralın 11-dən 14-dək Hindistanın Assan bölgəsinin paytaxtı Quvahati şəhərinin Quvahati Universitetində keçirilən beynəlxalq konfransda iştirak etmişdir.

Konfransda Ismayıl Məmmədov "XV əsrdə Azərbaycan mədəniyyəti" mövzusunda məruzə ilə çıxış etmişdir. 2019-cu il Azərbaycanda  Nəsimi ili elan olunduğuna görə alim məruzəsində Nəsiminin yaradıcılığına xüsusi yer ayırmışdır.

Konfransın ikinci günü professorun ABŞ-da nəşr olunmuş "Azərbaycanın etnik və siyasi tarixi" (ingilis dilində) kitabının təqdimatı keçirilmişdir. Əsərdə qədimdən bugünə kimi Azərbaycanın etnik və siyasi tarixi təhlil olunmuşdur. Kitabda Azərbaycanın tarixi, mədəniyyəti və müasir həyatı haqqında geniş məlumat verilmişdir.

Ermənistanın Azərbaycana hərbi təcacüzü, torpaqlarımızın işğalı, Xocalı soyqırımı, 20 Yanvar hadisələri barədə həqiqətlər tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır.

Təqdimat mərasimində Universitetin rektoru, departament rəhbəri, Hindstanın alimləri ilə bərabər Almaniya, Şotlandiya, Macarıstan, Rusiya, İran, Nepal, Banqladeş, Türkiyə, Koreya, Norveç və başqa ölkələrin alimləri də iştirak etmişlər. Təqdimatın sonunda müəllif çıxış etmiş, Universitetin rəhbərliyinə təşəkkür etmişdir. Professor Universitetin kitabxanasına kitablar hədiyyə etmişdir.

                                                   

“Xalq qəzeti”

18 2019 16:46 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin