Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ATMU-nun əməkdaşları Middlesex Universitetində

ATMU-nun əməkdaşları Middlesex Universitetində

Bakı Biznes Universitetinin koordinatoru və Azərbaycan Turizm və Menecment Universitetinin tərəfdaş olduğu  “EQAC -- Erasmus Plus” layihəsi üzrə növbəti təlim- tədbir Böyük Britaniyanın London şəhərində yerləşən Middlesex Universitetində keçirilib. Beynəlxalq tədbirdə Azərbaycan Turizm  və Menecment Universitetini layihə meneceri, dosent Flora Ələsgərova, rektor müşaviri Elvin Yusifli, akkreditasiya və keyfiyyət təminatı şöbəsinin bölmə rəhbəri Simnar Mamedov və layihə mütəxəssisi Samir Məhərrrəmov təmsil ediblər.

Middlesex Universitetinin programlar üzrə direktoru George Dafoulas təlimi açaraq, universtetdəki diqqətçəkən yeniliklərdən, həmçinin layihənin icrasını şərtləndirən məqsəd və vəzifələrdən ətraflı bəhs edib. O, Azərbaycan universitetlərində keyfiyyətə nəzarət mərkəzlərinin yaradılması və fəaliyyət mexanizminin Avropa təhsil standartlarına uyğun formalaşdırılmasını başlıca hədəflərdən biri kimi dəyərləndirib. Middlesex Universitetinin keyfiyyətə nəzarət bölməsində yaradılan idarəetmə sistemi təlim iştirakçıları tərəfindən maraqla qarşılanıb və praktik tapşırıqlar çərçivəsində detallı müzakirəyə səbəb olub.

Çıxış edən F.Ələsgərova bildirib ki, Avropa ölkələrinin çoxsaylı tərəfdaş universitet nümayəndələrinin azərbaycanlı təlim iştirakçıları ilə apardıqları fikir mübadiləsi konkret vəzifələrin icrasına təkan verəcək.

Beynəlxalq təlimin sonunda Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin 1-ci katibi Hüseyn Hüseynov və Middlesex Universitetinin səlahiyyətli təmsilçisi Tim Blackman iştirakçılara sertifikatlar təqdim ediblər.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

18 2019 16:00 - TƏHSİL
TƏHSİL
15 May 2019 | 12:03
Qaraciyər Elastoqrafiyası

Köhnə versiyamızdan xəbərləri izlə