Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rumıniyanın "Cənub Qaz Dəhlizi" ilə bağlı planları

Rumıniyanın

Rumıniya "Cənub Qaz Dəhlizi" konsorsiumuna RO-BG (Rumıniya-Bolqarıstan) interkonnektorunun və Bolqarıstan-Rumıniya-Macarıstan-Avstriya (BRHA) boru kəmərinin Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Dəhlizlə birləşdirilməsi haqqında anlaşma memorandumunun imzalanmasını təklif etmək niyyətindədir.

Rumıniya energetika nazirinin müavini Yulian-Robert Tudoraşe Trend-ə müsahibəsində bildirib ki, ötən il, "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının iclasında ilk dəfə iştirak etdiyimiz vaxt konsorsiuma gələcəkdə genişləndirmə mərhələsində RO-BG və BRHA kimi mümkün infrastrukturları nəzərə almağı təklif etmişdik: “ BRHA layihəsinin inkişaf etdiyini nəzərə alaraq, bu il qarşıdakı iclasda Məşvərət Şurasına Dəhlizin genişləndirilməsi mərhələlərində RO-BG və BRHA kimi nəqletmə infrastrukturlarından istifadə imkanlarını öyrənmək üçün anlaşma memorandumunun imzalanması vəziyyətini qiymətləndirməyi təklif etmək istərdik".

Nazi müavini bildirib ki, bu, regional enerji təhlükəsizliyinin təmini, enerji tədarükünün mənbə və marşrutlarının şaxələndirilməsi baxımından regionun bir çox ölkələrinə müsbət təsir göstərəcək: "BRHA və "Cənub Qaz Dəhlizi"nin birləşdirilməsi Dəhlizin infrastrukturunun təhlükəsiz və səmərəli nəqletmə infrastrukturu vasitəsilə Balkan və Mərkəzi Avropaya qədər genişləndirilməsi maraqlarına cavab verir".

Y.Tudoraşe vurğulayıb ki, Rumıniyanın öz enerji təhlükəsizliyinin artırılması üzrə daimi səyləri çərçivəsində ölkədə təbii qazın iri istehsalçısı və əsas tədarükçüsü olan ROMGAZ dövlət şirkəti "Cənub Qaz Dəhlizi" konsorsiumuna bu infrastrukturla nəql olunacaq qazın alışına marağın əks olunduğu niyyət məktubunu göndərməyi planlaşdırır: "Rumıniya Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin artırılması üzrə birgə səylərdə fəal iştirakını, həmçinin Cənub Qaz Dəhlizinin inkişafında həlledici rolunu xüsusi qiymətləndirir".

 

"Xalq qəzeti"

18 2019 15:49 - İQTİSADİYYAT
İQTİSADİYYAT
18 May 2019 | 16:10
Həftəsonu neftin qiyməti

Köhnə versiyamızdan xəbərləri izlə