Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

450 milyon dollarlıq əsər saxtadır?

450 milyon dollarlıq əsər saxtadır?

“Salvator Mundi”nin Leonardo da Vinçiyə məxsus olmadığı deyilir

Məşhur italyan rəssam, İntibah dövründə yaşamış Leonardo da Vinçinin 15-ci əsrin sonlarında çəkdiyi “Salvator Mundi” (“Dünyanın xilaskarı”) tablosu ilə bağlı qalmaqal yaranıb. Belə ki, mətbuatda əsərin da Vinçiyə aid olmadığı ilə bağlı xəbərlər yayılıb.

İddiaya görə, tablo da Vinçinin köməkçilərindən biri tərəfindən çəkilb. Məhz bu səbəbdən Parisdəki Luvr Muzeyi ötən ilin oktyabrında Leonardo da Vinçinin əsərlərindən ibarət ekspozisiyaya “Salvator Mundi”ni daxil etməyib. Məşhur fransız sənətşünas Jak Frank isə Fransa prezidenti Emmanuil Makrona məktub yazaraq, onu sərginin açılış mərasiminə qatılmamağa çağırıb: “Əgər “Salvator Mundi”nin da Vinçi yox, onun köməkçilərindən biri çəkdiyi sübut olunarsa, bu, böyük qalmaqal yaradacaq”.

Qeyd edək ki, əsər 2011-ci ildə London Milli Qalereyasında nümayiş olunub. 2018-ci ildə isə Nyu-Yorkdakı “Christie's” hərracında Səudiyyə Ərəbistanının varis şahzadəsi Məhəmməd ibn Salman tərəfindən 450 milyon dollara alınıb. Bundan sonra Tablo dünya tarixinin ən bahalı əsərinə çevrilib.

Qeyd edək ki, ötən ilin payızında əsər Luvr Muzeyinin Əbu-Dabidəki filialında sərgilənməli idi. Lakin nümayiş yenə təxirə salınıb.

 

Elçin ABBASOV,
“Xalq qəzeti”

18 2019 15:21 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə