Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanın məhsulu müsabiqədə qızıl medala layiq görüldü

Azərbaycanın məhsulu müsabiqədə qızıl medala layiq görüldü

Qida, içki və onların xammalının istehsalı üzrə hər il təşkil olunan, “Prodekspo-2019” sərgisində iştirak edən “Ulduz” Şokolad Fabriki özünün müxtəlif çeşidli məhsullarını sərgiləmək imkanı əldə edib. Sərgi fevralın 11-15-də Moskvada keçirilib.

Azərbaycan qənnadı sektoru üçün uğur hesab oluna biləcək xəbər isə Rusiya Federasiyasında baş tutan tədbir

Sərgi çərçivəsində keçirilən “Ən yaxşı məhsul - 2019” müsabiqəsində fabrikin yeni istehsalı olan “FAVO” batonlarının portağallı deserti qızıl medala layiq görülmüşdür.

“FAVO”nun bu mükafata layiq görülməsi onun birbaşa tərkibi ilə bağlıdır. Belə ki, sözügedən taxıllı məhsullar yerli istehsal üçün tamamilə yeni olmaqla yanaşı, həm də natural tərkibli hesab olunur. Tərkibindəki qarğıdalı partlağı, düyü partlağı, yulaf və ən əsası portağal qurusu sayəsində “FAVO” batonları həm ləzzətli, həm də doyumlu məhsullar kateqoriyasına aiddir. Bu məhsul yüngül qəlyanaltıtipli olmaqla yanaşı, həm də aktiv həyat tərzi keçirən və sağlam qidalanmaq istəyən insanlar üçün nəzərdə tutulub.

Hazırda fabrikdə “FAVO”nun iki çeşidi – şokoladlı və portağallı batonlar istehsal olunmaqdadır.

Artıq 18 ildir ki, “Ulduz” Şokolad Fabriki ölkədə qeyri-neft sektorunun inkişafına, həmçinin ixrac potensialının artırılması ilə daxili iqtisadiyyata öz töhfəsini verməkdədir. Sərgi çərçivəsində fabrik Rusiya, Belarus, Əfqanıstandan olan şirkətlərlə müqavilələr imzalayıb.

Məlumat üçün bildirək ki, “Prodekspo-2019” beynəlxalq sərgisində 69 ölkədən 2242 şirkət, Azərbaycandan isə 30-dan çox firma iştirak edib.

 

“Xalq qəzeti”

18 2019 15:14 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə