Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Nohur balıqçılığı təsərrüfatlarının sahibləri ilə görüşlər davam edir

Nohur balıqçılığı təsərrüfatlarının sahibləri ilə görüşlər davam edir

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balıqçılıq üzrə mütəxəssisləri nohur balıqçılığı (akvakultura) təsərrüfatlarının sahibləri ilə növbəti görüşü Masallı rayonunda keçirib.

Cəlilabad, Biləsuvar, Lənkəran, Masallı və Astara rayonlarının nohur balıqçılığı (akvakultura) təsərrüfatlarının sahiblərinin iştirak etdiyi görüşdə sahibkarlara nohurlarda balıq yetişdirilməsinin inkişaf perspektivləri, daha yüksək məhsuldarlığın əldə olunması üsulları və keyfiyyətli yem təchizatının təmin olunması ilə bağlı məsləhətlər verilib, sahibkarların problemləri dinlənilib və həlli yolları müzakirə edilərək onlara müvafiq tövsiyələr verilib.        

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, görüşdə nohur balıqçılığı təsərrüfatlarının qeydiyyata alınması proseduru ilə bağlı sahibkarlar təlimatlandırılıb, yarana biləcək sualların cavablandırılması üçün ETSN-nin müvafiq qurumlarına müraciət etmələri onların diqqətinə çatdırılıb.  

Xatırladaq ki, belə bir görüş  Salyan və Neftçala rayonlarının nohur balıqçılığı (akvakultura) təsərrüfatlarının sahibləri ilə də keçirilib.

 

Qəzənfər QASIMOV,
“Xalq qəzeti”

18 2019 15:04 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin