Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ADNSU ilə “Schlumberger” şirkəti arasında əməkdaşlığa dair birgə plan hazırlanacaq

ADNSU ilə “Schlumberger” şirkəti arasında əməkdaşlığa dair birgə plan hazırlanacaq

Fevralın 18-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı “Schlumberger” şirkətinin Rusiya, Azərbaycan və Mərkəzi  Asiya ölkələri üzrə qazma qrupunun direktoru Ələkbər Axverdiyev və “MMS Holdings Group” şirkətinin texniki direktoru, professor Oktay Məmmədbəyovla görüşüb.

ADNSU-nun rektoru, professor Mustafa Babanlı universitetdə tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində atılan addımlardan, elmi işlər, mübadilə prosesi və yeni layihələrdən danışıb. ADNSU-da ingilis dilində ixtisasların tədrisinə geniş yer ayırıldığını diqqətə çatdıran rektor Mustafa Babanlı ali məktəbdə transfer texnologiyaları və startap sahəsində də böyük işlər görüldüyünü qeyd edib.

Görüşdə müəssisələr arasında birgə tədris proqramlarının hazırlanması, universitetin laboratoriyaların yenilənməsi, ADNSU tələbələrinin “Schlumberger”də istehsalat təcrübəsinə cəlb olunması, şirkətin mütəxəssislərinin universitetdə mühazirələr keçməsi və s. məsələlər müzakirə olunub.

Sonda ADNSU ilə “Schlumberger” şirkəti arasında əməkdaşlıq haqqında birgə plan hazırlanması barədə razılıq əldə olunub.

 

ADNSU İctimaiyyətlə Əlaqələr və Marketinq Departamenti

18 2019 14:42 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə