Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mədəaltı vəzin çox sevdiyi 10 qida

Mədəaltı vəzin çox sevdiyi 10 qida

Şərqdə qaraciyəri kraliça, mədəaltı vəzi isə kiçik şahzadə adlandırırlar. Çox asanlıqla " özündən çıxan", hər qidanı bəyənməyən, çox zərif, kiçik bir orqan az qala orqanizmi idarə edir. Medicina.az həzm və hormonal funksiyaları idarə edən mədəaltı vəzinin yaxşı işləməsi üçün onun sevdiyi qidaların siyahısını təqdim edir. Bu ərzaqlardan ay ərzində bir neçə dəfə qəbul etmək məsləhətdir.

Brokkoli: Tərkibində olan apiqenin mədəaltı vəzin toxumasını, divarını patogen təsirlərdən qoruyur. Yaxşı olar ki, brokkolini ya buxarda bişirib, ya da şirəsini çiy halda içəsiz.

İspanaq: Mədəaltı vəzi bədxasəlli şiş hüceyrələrdən qoruyur.

Yoqurt:  İmmun sistemi möhkəmləndirən probiotikdir, mədə-bağırsaq sistemin işini yaxşılaşdırır. Mədəaltı vəz üçün az yağlı, qatqısız, rəngsiz, təbii yoqurtlar seçin.

Balqabaq:  Duz turşularını neytrallaşdırır, tərkibində karotin, kaliy, B qrup vitaminləri, dəmir, maqniy mədəaltı vəzi üçün dərmandır. Pankreatit xəstəliyi olanlar balqabaq şirəsi içsin.

Batat: Yer kartofu, qırmızı kartofa bənzər bu tərəvəz satışda olur. Formasına görə mədəaltı vəzini də xatırladır. Vəzi artıq yükdən azad edir.

Topinambur:  Bizdə dombalan deyilir. Zəncəfil kökünə bənzəyir. Şirin kartof kimi dadı var. Maddələr mübadiləsini normallaşdırır, mədəaltı vəzi iltihabını azaldır. Şəkərli diabetin yaranmasına qarşıdır, aterosklerozun qarşısını alır.

Qarağat: Şəkərli diabet xəstələri üçün əvəzsizdir. Çünki mədəaltı vəzin işini stimullaşdırır. Əgər il ərzində çox miqdarda qarağat qəbul etsəz, qaraciyər, öd, mədəaltı vəz problemlərindən qurtula bilərsiz.

Qarabaşaq:  Mədəaltı vəzi toksinlərdən təmizləyir, pankreatiti müalicə edir. Amma qarabaşağı yağsız, duzsuz qəbul etmək lazımdır.

Qırmızı üzüm: Güclü antioksidantdır, sərbəst radikalları zərərsizləşdirir. İltihabı azaldır. Mədəaltı vəzin xərçəngində sağlam hüceyrələrin ölüm faizini azaldır.

Biyan kökü: Bu möcüzəvi dərman bitkisi çox xəstəliklərdə müalicə edir. Dəmləməsi iltihab əleyhinədir, ağrı, ödemi azaldır, pankreatiti zəiflədir. Gündə 2 fincan içmək lazımdır.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

18 2019 12:57 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə