Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Məktəbin valideynlərlə sıx əlaqəsı təhsilin keyfiyyətinə təsir edir

Məktəbin valideynlərlə sıx əlaqəsı təhsilin keyfiyyətinə təsir edir

Abşeron rayonu Masazır 5 nömrəli kənd orta məktəbi rayonda nümunəvi təhsil ocağı kimi tanınır. Məktəbdə tez tez ölkənin ictimai-siyasi həyatında baş verən, milli adət-ənənələrimizi özündə əks etdirən bayramlara və  önəmli hadisələrə həsr olunmuş tədbirlər, anım günləri təşkil edilir.

Bu günlərdə məktəbdə Valideyin Assosiasiyasının növbəti iclası keçirilmişdir. Şagirdlərin, müəllimlərin, valideynlərin və məktəb rəhbərliyinin iştirakı ilə keçirilən tədbir məktəbin fəaliyyətə başlamasının 1 illik hesabatına və 2018--2019-cu tədris ilinin 1-ci yarımilinin yekun nəticələrinə həsr olunmuşdu.

Toplantı açıq elan edildikdən sonra məktəbin 1 illik fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilmişdir. Sonra "Sabahın alimləri" müsabiqəsinin respublika mərhələsində iştirak etmiş 9-cu sinif şagirdləri Məleykə İsmayılzadə və Zeynəb Məmmədovaya hədiyyələr təqdim edilmiş, onlara daha böyük uğurlar əldə etməyi arzulamışlar.

Məktəbin direktoru Səlim Məmmədovun hesabat xarakterli çıxışından sonra valideynlərin məktəblə sıx əlaqə saxlamasının şagirdlərin təlim-tərbiyəsinə təsiri, əldə edilmiş nailiyyətlər və görüləcək işlər barədə müzakirələr aparılmışdır. Müzakirələrdə fəal iştirak edən valideyinlərin və müəllimlərin təklif və iradları dinlənilmişdir.

Sonda çıxış edən direktor valideyinləri övladlarının dini radikalizm meyllərindən uzaq tutmağa çağırmışdır. O, uşaqların sosial şəbəkələrdən biliklərini artırmaq məqsədilə istifadə etmələrinə şərait yaradılmağın vacibliyindən danışmış, eyni zamanda, onların kompüter qarşısında oturduqları müddəti dünyagörüşlərini artırmağa yönəltmələrinə ciddi nəzarəti gücləndirməyi valideynlərə tövsiyə etmişdir.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

18 2019 12:53 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə