Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ölkəmizdə orqan transplantasiyasına ehtiyac artır

“Bu gün Azərbaycanda ən çox transplantasiyasına ehtiyac duyulan orqanlardan 1-ci yerdə böyrəklər, 2-ci qaraciyərə - sirroz xəstələrinin sayı çoxdur, 3-cü sümük iliyi, 4-cü gözün buynuz qişasıdır”.

Bunu AMEA-nın müxbir üzvü, professor Nuru Bayramov Medicina.az-a açıqlamasında deyib: "Bu sahədə ilkin işlər aparılır. Həm bizim Tədris Cərrahiyyə klinikasında, həm Mərkəzi Klinikada, həm də başqa bir sıra klinikalarda böyrək və qaraciyər transplantasiyaları həyata keçirilir. Respublika diaqnostika mərkəzi və Z. Əliyeva adına göz institutunda gözün buynuz qişasının köçürülməsi artıq həyata keçirilir. Bunlar bizim artıq ilkin uğurlarımızdır. Transplantasiya sahəsində həm təşkilatı  işlərə, həm qanun bazasının möhkəmləndirilməsinə böyük ehtiyac var”.

N.Bayramov qeyd edib ki, bu günə qədər ATU Tədris Cərrahiyyə Klinikasında 7 nəfərdə böyrək köçürülməsi əməliyyatı həyata keçirilib:  "Yaxın vaxtlarda qaraciyər transplantasiyası nəzərdə tutulur. Böyrək köçürülməsinin də sayı artırılacaq. Bu konfrans ölkəmizdə transplantasiya və donorluq qanunu layihəsinin hazırlanması ərəfəsinə təsadüf edir. Bu sahədə Milli Məclisdə işçi qrupu yaradılıb. Qanunlarmızda yeni dəyişikliklər olunacaq. Burda koordinasiya mərkəzinin, etika, donorların hüquqları komissiyalarının yaradılması nəzərdə tutulur”.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

18 Fevral 2019 12:49 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə