Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İctimai Şuranın ilk iclası keçirilib

Səhiyyə Nazirliyinin inzibati binasında nazirlik yanında fəaliyyət göstərəcək İctimai Şuranın ilk iclası keçirilib.

İclasda Şura üzvləri öz aralarında Şuranın sədri, sədr müavini və katibi vəzifəsini icra edəcək nümayəndələrini seçiblər. Belə ki, İctimai Şuranın sədri “Psixo-Sosial Yardım” İctimai birliyinin sədri Rüstəm Salayev, sədr müavini “İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai birliyinin sədri Ziba Nəbiyeva, katibi isə “Azərbaycan Qarabağ müharibəsi əlilləri, Veteranları və şəhid ailələri” İctimai birliyinin üzvü Taryel Eyvazov seçilib. İctimai Şura fəaliyyət istiqamətləri üzrə reqlamentin hazırlanması ilə bağlı müzakirələr aparıb və növbəti iclasının keçirilmə vaxtını müəyyən edib.

Qeyd edək ki, İctimai Şuranın səlahiyyət müddəti 2 ildir.

Səhiyyə Nazirliyindən bildiriblər ki, İctimai Şura ilə əlaqə yaratmaq üçün Şuranın sədri Rüstəm Salayevə (055 337-52-37) və katibi Taryel Eyvazova (050 329-06-55) müraciət etmək lazımdır.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

18 Fevral 2019 12:45 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə