Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Çölçü”yə daha iki mükafat

“Çölçü”yə daha iki mükafat

Rejissor Şamil Əliyevin “Çölçü” filmi “Crown Wood” festivalının “Ən yaxşı bədii film” və “Ən yaxşı rejissor” mükafatlarına layiq görülüb.

Rejissor bildirib ki, fevralın 16-da keçiriləcək təqdimat mərasiminə videomüraciətlə qatılacaq. Onun sözlərinə görə, bu mükafatlara layiq görülməklə film, həmçinin CWIFF illik mükafatına nominant statusunu da qazanıb. Mükafatın qalibləri bu ilin oktyabrında Hindistanın Kəlküttə şəhərində elan olunacaq.

Xatırladaq ki, “Çölçü” filmi Mədəniyyət Nazirliyinin sifarişi ilə 2012-ci ildə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında istehsal olunub. 40-dan çox beynəlxalq festivalda iştirak edərək mükafatlara layiq görülüb.

Ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur. Filmdə Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkiliblər.

 

M.Mükərrəmoğlu,
“Xalq qəzeti”

18 2019 11:37 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Ən son xəbərləri səhifəmizdən də izləyin