Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azercell”in Barama Mərkəzi yeni inkubasiya proqramına başlayır

İnnovativ ideyalarınızı biznesə çevirmək üçün əla imkan

“Azercell”in Barama Mərkəzi yeni inkubasiya proqramına başlayır

“Azercell Telekom” MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi innovativ və maraqlı ideyalarını uğurlu biznesə çevirmək arzusunda olan startaplara növbəti dəfə dəstək olur. Belə ki, 10 il fəaliyyətdə olan mərkəz ölkədə sahibkarlıq mühitinin və rəqəmsal ekosistemin inkişafı üçün  “Barama İnkubasiya Proqramına” start verir. 


Proqramın məqsədi gənc startapçılara yardım etmək, müxtəlif dəstək resursları və xidmətlər vasitəsilə onların biznesini sürətləndirməsinə təkan verməkdir. Layihədə uğur qazanan startaplar 6 ay ərzində ödənişsiz ofis dəstəyi, peşəkar konsultasiya xidmətləri, təlim proqramları, biznes şəbəkəsi ilə sıx işgüzar əlaqələr qurmaq imkanı əldə edəcəklər. İnkubasiya proqramında informasiya texnologiyaları, virtual oyunlar, media, səhiyyə texnologiyaları (MedTech), əşyaların interneti (IoT), maliyyə texnologiyaları (FinTech), kənd təsərrüfatında innovativ həllər (AgTech), virtual reallıq (VR), artırılmış reallıq (AR), süni zəka (AI), bulud hesablamaları və biznes həlləri, sığorta həlləri (İnsurtech), səyahət və turizm ( TravelTech), proqram təminatı xidmət kimi (SaaS) layihələrə daha çox üstünlük veriləcəkdir.  

 

“Xalq qəzeti”

17 2019 00:20 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə