Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bir saatlıq minimum əməkhaqqı 15 dollara çatdırılacaq

Bir saatlıq minimum əməkhaqqı 15 dollara çatdırılacaq

Birləşmiş Ştatların İllinoys ştatının qanunverici məclisi 2025-ci ilə qədər bu ştatda bir saatlıq minimum əməkhaqqının 15 dollara çatdırılması barədə qanun layihəsinə səs verib. Bu barədə “Associated Press” informasiya agentliyi məlumat yayıb.

Mənbə yazır ki, qanun layihəsinin tərəfdarlarından biri olan qubernator C.Pritsker tezliklə bu sənədi imzalayacağını bildirib. Deyib ki, bu qanunun qəbul edilməsi ştatın 1,4 milyon sakininin qələbəsidir. Onlar tezliklə öz halal zəhmətinin haqqını alacaqlar.
Qanun layihəsinə əsasən minimal əməkhaqqının artırılması növbəti 6 il ərzində mərhələlərlə həyata keçiriləcək. Hazırda 8,25 dollara bərabər olan minimum əməkhaqqı 2010-cu il yanvarın 1-də 9,25 dollara, 2020-ci il iyul ayında 10 dollara çatdırılacaq, sonra isə hər il 1 dollar artırılaraq 2025-ci ildə 1 saat üçün 15 dollara bərabər olacaq. İqtisadçıların hesablamalarına görə, minimum əməkhaqqının artırılması nəticəsində İllinoysun işləyən sakinlərinin dörddə bir hissəsinin gəlirlərinə ildə 6 min 300 dollar əlavə ediləcək.
Qanun layihəsinin əleyhdarları isə bildiriblər ki, bu qanunun qüvvəyə minməsi nəticəsində 93 min nəfər iş yerini itirəcək. Onlar hesab edirlər ki, minimum əməkhaqqının artırılması kənd təsərrüfatına və kiçik şəhərlərdəki müəssisələrə ziyan vuracaq, çünki onlar öz məhsullarının qiymətini artıra bilməyəcək, amma işləyənlərə hər il xeyli çox ödəməli olacaqlar.

Rövşən ATAKİŞİYEV,
“Xalq qəzeti”

 

 

17 2019 00:04 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə