Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gənclər krediti neçə almalıdırlar?

Gənclər krediti neçə almalıdırlar?

Binəqədi Gənclər Evində Azərbaycan Respublikasının Gənclər Fondunun 11-ci qrant müsabiqəsinin layihəsi əsasında

"Makro və mikro kreditin alınması üsullarının gənclər arasında təbliği" mövzusunda üçgünlük təlim keçirilib.

Gənclər Fondunun maliyyə, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin təşkilatı dəstəyi ilə gerçəkləşdirilən təlimin əvvəlində layihə rəhbəri Həlimə Əliyeva tədbirin mahiyyəti və məqsədi barədə iştirakçılara ətraflı məlumat verib.

Sonra Azərbaycan Memarlıq və İnşaat Universiteti beynəlxalq proqramlar və layihələr sektorunun müdiri Arif Nəcimov gənclərin iqtisadi biliklərinin artırılması və makro və mikro kreditlərin alınması üsulları və yolları haqqında geniş məlumatla çıxış edib. Təlim günlərində mövzu ilə bağlı gənclərə lazımi bilgilər verilib, geniş müzakirə və fikir mübadiləsi aparılıb. Təlim “Gənclər krediti neçə almalıdırlar?”—sualı ilə bağlı zəruri bilgiləri bir qrup gəncə çatdırmaqda faydalı olub.

Sonda iştirakçılara sertifikatlar verilib və təlimdə əldə etdiyi biliklərə dair yüksək nəticə qazananlar hədiyyələrlə mükafatlandırılıblar.

 

R.TAHİR,
“Xalq qəzeti”

16 2019 18:01 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə