Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Fevralın 17-də gözlənilən hava şəraiti haqqında məlumat

Fevralın 17-də gözlənilən hava şəraiti haqqında məlumat

Bakıda və Abşeron yarımadasında

Bəzi yerlərdə arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi  gözlənilir.

Mülayim şimal-qərb küləyi günün ikinci yarısında cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu  gecə 2-4° isti, gündüz  5-7° isti,

Bakıda gecə 2-4° isti, gündüz 5-7° isti  təşkil edəcək.

Atmosfer  təzyiqi 763 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət  75-85% olacaq.

Xəbərdarlıq

Fevralın 18-dən 19-na keçən gecədən başlayaraq  20-dək Bakıda və Abşeron yarımadasında  hava şəraitinin dəyişəcəyi, yağıntılı olacağı, sulu qara keçəcəyi gözlənilir. Şimal küləyi

15-20 m/s, arabir 23-25 m/s-dək güclənəcək. Havanın temperaturu 19-da ötən

günlə müqayisədə 6-8° aşağı enəcək,  gün ərzində 2°-yə yaxın isti olacaq.

Azərbaycanın rayonlarında fevralın 17-də

Arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman. Qərb küləyi 5-10 m/s, ayrı-ayrı yerlərdə arabir güclənəcək.  Havanın temperaturu gecə 0-5° isti, gündüz 6-10° isti, dağlarda gecə 1-6° şaxta, gündüz  2-6° isti  təşkil edəcək.

Xəbərdarlıq

Fevralın 18-i axşamdan 20-si səhərədək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi şimal və şərq rayonlarında intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək. Havanın temperaturu 19-da ötən günlə müqayisədə 5-7° aşağı enəcək.

16 2019 17:45 - EKOLOGİYA
EKOLOGİYA
17 May 2019 | 17:46
Görüş keçirilib
10 May 2019 | 17:10
Hava qeyri-sabit keçəcək
6 May 2019 | 17:07
Ağac kəsintisi

Köhnə versiyamızdan xəbərləri izlə