Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bəzi yerlərə qar yağmışdır

Bəzi yerlərə qar yağmışdır

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi fevralın 15-dən 16-sı səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib,  arabir  yağış, dağlıq və dağətəyi rayonlarda qar yağıb,  bəzi yerlərdə intensiv olub.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 9 mm (aylıq normanın 41 faizi), Lənkəran-Astara zonasında 30 mm (aylıq normanın 32 faizi), Mərkəzi Aran rayonlarında 23 mm (aylıq normanın 85 faizi), Böyük Qafqazda 7 mm, Kiçik Qafqazda 6 mm təşkil edib.

Qar örtüyünün hündürlüyü Ağdərədə (Ordubad) 18 sm, Lerkdə 15 sm, Yardımlıda 10 sm, Şahdağda 7 sm, Daşkəsən, Göygöl, Xaltanda 5 sm, Altıağacda 4 sm, Sarıbaş, Qırızda 3 sm, Kişçay,  Xınalıqda 2 sm, Mərəzə, Qusarda 1 sm olub.

 

Qəzənfər QASIMOV,
“Xalq qəzeti”

16 2019 17:34 - EKOLOGİYA
EKOLOGİYA
17 May 2019 | 17:46
Görüş keçirilib
10 May 2019 | 17:10
Hava qeyri-sabit keçəcək
6 May 2019 | 17:07
Ağac kəsintisi

Köhnə versiyamızdan xəbərləri izlə