Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ATƏT-in baş katibi: "Rusiya Cənubi Qafqazda münaqişələrin həllində mühüm rol oynayır"

ATƏT-in baş katibi:

"Rusiya ATƏT regionunda, o cümlədən Ukraynanın şərqində, Moldovada və Cənubi Qafqazda bir sıra münaqişələrin sülh yolu ilə həlli üzrə işləmək üçün yaradılmış formatlarda mühüm rol oynayır".

“Xalqqazeti.com xəbər verir ki, bunu Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) baş katibi Tomas Qreminger TASS-a müsahibəsində deyib.

"Mövcud etimadsızlıq ab-havasının yaxşılaşdırılması üçün hansısa ümidimizin olmasını, müasir təhlükəsizliyin çətin problemlərini həll etmək istəyiriksə, bütün oyunçuların eyni masada olmasına ehtiyac var. Artıq söylədiyim kimi, ATƏT Şərqlə Qərb, Şimal ilə Cənub arasında dialoq üçün unikal forumdur. O, ATƏT regionunun bütün ölkələrinin eyni masa arxasında əyləşdiyi və bərabər statusa malik olduğu yeganə forumdur. Hamı ilə bərabər səviyyədə dialoq qurmaq çox vacibdir. Başqa sözlə, Rusiyasız artıq ATƏT də ATƏT olmayacaq", - Qreminger bildirib.

 

Anar Əliyev,
“Xalq qazeti”

16 2019 16:40 - SİYASƏT
SİYASƏT

Ən son xəbərləri səhifəmizdən də izləyin