Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Pedaqoji Universitetdə “Elm günü” ilə bağlı seminar keçirilib

Pedaqoji Universitetdə “Elm günü” ilə bağlı seminar keçirilib

Azərbaycan Respublikası Prezidentinin “Elm günü”nün təsis edilməsi haqqında Sərəncamının icrası ilə əlaqədar olaraq 14 fevral 2019-cu il tarixdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Heydər Əliyev Məktəbinin lektoriyasında universitetin professor-müəllim heyəti üçün “Beynəlxalq elmi jurnallarda məqalələrin yazılması texnologiyaları” mövzusunda “Clarivate Analytics” şirkətinin Rusiya bölməsinin elmi informasiya resursları üzrə eksperti, filologiya üzrə fəlsəfə doktoru Valeriya Kurmakayeva iştirakı ilə seminar keçirilmişdir.

Seminarı giriş sözü ilə ADPU-nun Elm və İnnovasiyalar şöbəsinin müdiri dosent Yusif Alıyev açaraq məruzəçi ekspert Valeriya Kurmakayevanı ADPU-nun rektoru professor Cəfər Cəfərovun adından salamlayaraq, şirkətlə universitet arasında yaradılan əməkdaşlığın əhəmiyyətindən danışıb bu əlaqələrdən məmnunluğunu ifadə etdi. O bildirdi ki, artıq Pedaqoji Universitetdə keyfiyyətli tədrislə yanaşı, mükəmməl elmi-tədqiqat işləri də aparılır. Buna görə də son üç ildə ADPU alimlərinin impakt-faktor göstəricili jurnallarda çap olunan məqalələrinin sayı 4,5 dəfə artmışdır. Həmçinin Y.Alıyev qeyd etdi ki, ADPU-da professor-müəllim heyəti, kafedralar və fakültələr arasında “Reytinq qiymətləndirilməsi”nin tətbiq edilməsi ilə yaranmış rəqabət mühiti sayəsində əsaslı müsbət dönüş yaranmışdır. Artıq əməkdaşlarımız arasında “Thomson Reuters” Agentliyinin siyahısına düşən beynəlxalq elmi jurnallarda məqalələr çap etriməyə daha böyük təlabat yarandığından “Clarivate Analitics” şirkətinin imkanlarından istifadə etməyi ən doğru seçim kimi önə çəkmişik. Bunun üçün də Pedaqoji Universitetin elm və innovasiyalar üzrə prorektoru Asəf Zamanovun təşəbbüsü ilə professor-müəllim heyətinin, magistr və doktorantların “Web of Science” platformasına daxil olaraq yüksək indeksli beynəlxalq jurnallarda məqalələrə qoyulan tələblər, seçim meyarları və digər praktiki məsələlərlə bağlı məlumatlar vermək üçün “Clarivate Analytics” şirkətinin eksperti Valeriya Kurmakayevan seminarını təşkil etmişik.

Sonra “Clarivate Analytics” şirkətinin eksperti Valeriya Kurmakayeva universitetin professor-müəllim heyəti üçün “Beynəlxalq elmi jurnallarda məqalələrin yazılması texnologiyaları” mövzusunda seminara başladı. O, seminar iştirakçılarına “Web of Science” platformasına daxil olmaq, platformada axtarışın səmərəli aparılması, yüksək indeksli beynəlxalq jurnallarda məqalələr üçün qoyulan tələblər, seçim meyarları və digər praktiki məsələlərlə bağlı məlumatlar verərək bildirdi ki, bu gün alimlər, mütəxəssislər apardıqları tədqiqat işlərinin nəticələrinə uyğun olaraq yazdıqları məqalələrin çap etdirilməsi zamanı hiyləgər işbazların toruna düşür. Nəticədə isə uzun müddət əziyyət çəkərək yazdıqları tədqiqat işləri mötəbərliyini itirir, həmçinin də müəlliflər böyük miqadarda pul itkiləri ilə üzləşir.

V. Kurmakayeva seminar iştirakçılarına fırıldaqçıların və işbazların toruna düşməmək üçün əsas dissət yetiriləcək bir çox məqamlara toxundu. Həmçinin ekspert nüfuzlu elmi jurnallara məqalə yazılan zaman diqqət ediləcək bir çox parametrlərə diqqət edilməsinə dair izahatlar verdi.

Seminarın sonunda ekspert universitetin professor-müəllim heyətinin mövzu ilə bağlı suallarını cavablandırdı.

 

Anar Əliyev,
“Xalq qazeti"

16 2019 16:37 -

Ən son xəbərləri səhifəmizdən də izləyin