Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ ordusu yeni tüfəngin ayfon kimi olacağını düşünür

ABŞ ordusu yeni tüfəngin ayfon kimi olacağını düşünür

“iPhone”nin hansısa bir döyüş tüfəngi ilə o qədər də çox bənzər tərəfi olmasa da, hərbi rəsmilər gələcəyin onun kimi görünən silahını ərsəyə gətirəcək kontraktor axtarışındadır.

Nyu Cersi ştatındakı Pikatinni Arsenalın Silahlanma Tədqiqatı, İnkişaf və Mühəndislik Mərkəzinin rəsmiləri bildiriblər ki, yeni nəsil tüfəng layihəsinin məqsədi istifadəçilər üçün iOS-a bənzər platforma yaratmaqdır.

“Təsəvvür edin ki, Stiv Cobs və onun mühəndisləri “iPod Touch”ı ilk 3G “iPhone”yə çevirməyə çalışırlar. Onların birinci “iPhone”yə yerləşdirə biləcəkləri min dənə texnologiya vardı, amma onlar platformanı daha da təkmilləşdirməyi seçdilər”, - deyə layihənin rəhbəri, polkovnik Elyot Kaqqins bildirib.

ABŞ Quru Qoşunları ötən ay tüfəng üçün təkliflərə açıq olduğunu və gələcək təkliflərin daha təkmil əlavələri və ya modifikasiyaları qəbul edə biləcək yüksək texnologiyalı platformanı ehtiva etməli olduğunu bildirib. Layihə üzərində çalışan komanda tüfəngə daha uzaq məsafələrdə dəqiqliyini yaxşılaşdırmaq məqsədilə hazırlanmış xüsusi dizaynlı atəşə nəzarət sistemi əlavə etməyə ümid edir.

Başqa bir əlavə edilməsi planlaşdırılan sistem isə kiber hücumlara qarşı möhkəmləndirilmiş prosessordur. Miniatür artilleriya naviqasiya kimi işləyən sistem Qabaqcıl Kiçik Qollar Ballistik Sistemi adlanır. Eyni zamanda əsgərlərə küləyin sürəti kimi məsələlərin öhdəsindən daha rahat başa gəlməkdə kömək edəcək çoxlazerli məsafə ölçü sistemi də tüfəngə quraşdırılacaq.

ABŞ ordusu bu tüfəngi 2022-ci maliyyə ilinin sonuna qədər istifadəyə verməyi planlaşdırır. Onun sınaqları isə bu ilin yayına nəzərdə tutulub. Məlumatlara görə silahı əldə edəcək ilk bölmələr “yaxın döyüş 100000” olacaq.

 

Anar Əliyev,
“Xalq qazeti"

16 2019 16:24 - TEXNİKA
TEXNİKA

Ən son xəbərləri səhifəmizdən də izləyin