Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Deputat: Müəyyən siyasi dairələrin azərbaycanlılarla çeçenlər arasında məişət zəminində insidentdən şou yaratmaq cəhdləri yolverilməzdir

Deputat: Müəyyən siyasi dairələrin azərbaycanlılarla çeçenlər arasında məişət zəminində insidentdən şou yaratmaq cəhdləri yolverilməzdir

Müəyyən siyasi dairələrin Moskvada azərbaycanlılarla çeçenlər arasında məişət zəminində baş vermiş insidentdən məqsədli şəkildə şou yaratmaq cəhdləri qəbuledilməzdir.

Milli Məclisin deputatı, politoloq Elman Nəsirov bildirib ki, azərbaycanlılarla çeçenlər tarixən dost və mehriban qonşu olublar: "Bizi tarixən mehriban qonşuluq əlaqələri birləşdirir, bizim dini bağlılığımız var, eyni zamanda, mədəniyyətlərimiz oxşardır. Biz əsrlərlə çiyin-çiyinə yaşamış, dostluq əlaqələrinə malik olmuşuq. Bu, indi də belədir".

E.Nəsirov qeyd edib ki, Azərbaycan Rusiya Federasiyasının bir çox subyektləri, o cümlədən Çeçenstan Respublikası ilə əməkdaşlıq əlaqələrinə malikdir, iki ölkə arasında rəsmi səviyyədə münasibətlər çox yüksəkdir: "Həmçinin Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putin arasında çox sıx dostluq münasibətləri var. Dövlətlərimiz, dövlət başçılarımız, xalqlarımız dost olduğu bir halda heç kim bizim aramıza girə bilməz. Kimsə buna cəhd etsə, dərhal cavabını alar. Ona görə də məişət zəminində baş vermiş bu xoşagəlməz hadisəyə başqa don geyindirmək düzgün deyil. Burada heç bir halda iki xalq arasında toqquşmadan söhbət gedə bilməz. Bu, sadəcə olaraq məişət zəminində baş vermiş anlaşılmazlıqdır, kriminal hadisədir".

 

"Xalq qəzeti"

16 2019 15:57 - SİYASƏT
SİYASƏT

Ən son xəbərləri səhifəmizdən də izləyin