Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Özbəkistanda Nəsimi yaradıcılığı ilə bağlı beynəlxalq elmi konfrans keçiriləcək

Özbəkistanda Nəsimi  yaradıcılığı ilə bağlı beynəlxalq elmi konfrans keçiriləcək

Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə  “Nəsimi ili” ilə bağlı silsilə tədbirlər reallaşdırılacaq. Mədəniyyət Mərkəzi tərəfindən şairin qəzəllərinin özbək dilinə tərcümə olunması və nəşrinin həyata keçirilməsi də nəzərdə tutulur. Bu barədə Mərkəzdən bildirilib.

Azərbaycan ədəbiyyatında özünəməxsus yer tutan Nəsimi yaradıcılığı ilə bağlı Azərbaycan və özbək alimlərinin, ədəbiyyatşünaslarının iştirakı ilə Daşkənddə “Mən əbədiyyət üfüqlərində doğan еşq günəşiyəm” adlı beynəlxalq elmi konfransın, İmadəddin Nəsimiyə həsr edilmiş “Məndə sığar iki cahan” adlı şeir müsabiqəsinin keçirilməsi nəzərdə tutulur.

Müsabiqənin şərtlərinə əsasən, Azərbaycan və özbək şairlərinin Nəsimi yaradıcılığına həsr etdikləri yeni şeirləri və poemaları toplanacaq. Əsərlər hər iki dilə tərcümə olunaraq toplu kimi çap ediləcək. Hər ölkədən qalib olan iki şairə mükafatlar təqdim olunacaq.

Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü, Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti, “Kitab dünyası” qəzetinin iştirakı ilə “Canımı qıldım fəda” adlı təntənəli poeziya axşamının keçirilməsi də planlaşdırılır.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

16 2019 14:22 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin