Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xaricdə yaşayan həmvətənlərimiz səyyar “ASAN xidmət”dən istifadə edə biləcəklər

Xaricdə yaşayan həmvətənlərimiz  səyyar “ASAN xidmət”dən istifadə edə biləcəklər

Azərbaycan dövlət xidmətlərinin "ASAN-xidmət" vasitəsilə xaricdə yaşayan soydaşlarımıza çatdırılması üçün platforma müəyyən edilib.

Bu fikri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla  hər iki qurumun əməkdaşlıq etməsi barədə anlaşma memorandumunun imzalanma mərasimində bildirib.

"ASAN-xidmət"də səyyar xidmət mövcuddur. "ASAN-xidmət"in olmadığı regionlarda vətəndaşlara xidmət göstərilir. Bu, səyyar avtobuslar və "ASAN-qatar" vasitəsilə həyata keçirilir. Biz komitə ilə birlikdə xaricdə yaşayan Azərbaycan vətəndaşlarına səyyar "ASAN xidmət"lərin göstərilməsini təşkil edəcəyik. Bu, xaricdə yaşayan soydaşlarımız üçün kifayət qədər xeyirli bir iş olacaq. Həmçinin, xaricdə yaşayan azərbaycanlılar üçün müvafiq elektron xidmətlərin təşkili olacaq"-, deyə Ü.Mehdiyev vurğulayıb.

Qeyd edək ki, bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Diasporla İş üzrə Dövlət Komitəsi arasında qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanması mərasimi keçirilib. Sənədi Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və Dövlət Komitəsinin sədri Fuad Muradov imzalayıblar.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

16 2019 14:21 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə