Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Diplomatik xidmət əməkdaşları yeni medalla təltif ediləcək

Diplomatik xidmət əməkdaşları yeni  medalla təltif ediləcək

“Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919 – 2019)” medalı təsis olunacaq. Bununla bağlı “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik edilir. Bu barədə azvision.az saytı məlumat yayıb.

Yubiley medalı ilə Azərbaycanın diplomatik xidmət orqanlarında vəzifələrini nümunəvi yerinə yetirən, diplomatik xidmətdə yüksək nəticələr əldə edən diplomatik xidmət əməkdaşları, diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslər, diplomatik xidmət orqanlarının veteranları, habelə Azərbaycanın beynəlxalq əlaqələrinin inkişaf etdirilməsində fəal iştirak edən və diplomatik xidmət orqanlarının inkişafında xüsusi xidmətləri olan digər şəxslər təltif ediləcəklər.

Medal diametri 36 mm olan, qızıl suyuna çəkilmiş dairəvi bürünc lövhədən ibarətdir.

Qeyd edək ki, layihənin parlamentin fevralın 19-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılması nəzərdə tutulur.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

16 2019 14:19 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin