Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Risklərin aradan qaldırılması məqsədilə qruplar yaradılıb

Risklərin aradan qaldırılması məqsədilə qruplar yaradılıb

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətində heyvan xəstəlikləri ilə bağlı  risklərin müəyyən edilməsi, heyvanlar arasında xəstəliklərin baş verməsi, qiymətləndirilməsi  və aradan qaldırılması yollarına dair tədbir keçirilib.

Tədbirdə xidmət rəisi Bayandur Rzayev hazırda ölkəmizdə iti yoluxucu xəstəliklərə görə peyvəndləmə tədbirlərinə start verildiyini və epizootik sabitliyin qorunub saxlanıldığını bildirib. Ancaq həmişə heyvan xəstəliklərinə görə müəyyən risklərin mövcud olmasının və onların aradan qaldırılması üçün mütəmadi tədbirlərin görülməsinin vacibliyini vurğulayıb.

Tədbirdə risklərin aradan qaldırılması, heyvanlar arasında müəyyən xəstəliklərin baş verməsi, xəstəliklərin aradan qaldırılması üçün təkliflər və çıxış yollarının hazırlanması məqsədi ilə qruplar yaradılıb.

Həmçinin tədbirdə geniş fikir mübadiləsi aparılıb və respublikanın epizootik sabitliyinin qorunub saxlanılması sahəsində görüləcək işlər barədə müvafiq tapşırıq və göstərişlər verilib.       

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

16 2019 12:23 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə