Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xocavənddə heyvanlar arasında profilaktik peyvəndləmə və diaqnostik müayinələr aparılır

Xocavənddə heyvanlar arasında profilaktik peyvəndləmə və diaqnostik müayinələr aparılır

2019-cu ilin ilk günlərindən başlayaraq Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) tərəfindən ölkə ərazisində epizootik sabitliyin təmin edilməsi və zoonoz xəstəliklərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Hazırda Xocavənd Rayon Baytarlıq İdarəsinin 4 sahə baytarlıq məntəqəsi tərəfindən aparılan tədbirlər çərçivəsində xocavəndlilərə məxsus ayrı-ayrı şəxsi təsərrüfatlarda peyvəndləmə tədbiri və 260 dezinfeksiya işləri aparılıb. İribuynuzlu və təkdırnaqlı heyvanlarda bu tədbirlərin fevral ayının sonuna kimi yekunlaşdırılması nəzərdə tutulub.

Fevral ayının 10-dan isə bütün ölkədə olduğu kimi, Xocavənd rayonundan köçkün salınan əhaliyə məxsus iribuynuzlu heyvanlar arasında da dabaq xəstəliyinə qarşı peyvəndləmə tədbirinə başlanılıb.  Xırdabuynuzlu heyvanlarda isə bu tədbirin mart ayında aparılması nəzərdə tutulur.

Qeyd edək ki, dabaq xəstəliyi də digər iti yoluxucu xəstəliklər kimi, “Baytarlıq sahəsində profilaktikası, diaqnostikası və ləğvi dövlət büdcəsindən maliyyələşdirilən heyvanların xüsusi təhlükəli xəstəliklərinin siyahısı”na daxil edilib.

Aparılan tədbirlər çərçivəsində baytar mütəxəssisləri həm də maariflənmə işi apararaq iti yoluxucu xəstəliklər barədə təsərrüfat sahiblərinə ətraflı məlumat verir, təsərrüfatlarda baytarlıq-sanitariya qaydalarına ciddi əməl olunmasını tövsiyə edirlər.

Epizootik tədbirlər planına uyğun olaraq bundan sonra xocavəndlilərə məxsus ev quşları arasında xəstəliklərə qarşı profilaktik peyvəndlənmə tədbirləri aparılacaq. Həmçinin həssas heyvanlar arasında  müayinələrin aparılması nəzərdə tutulur.

Dövlət Baytarlıq Xidməti bildirir ki, rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib.

Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

16 2019 12:13 - SƏHİYYƏ
SƏHİYYƏ

Ən son xəbərləri səhifəmizdən də izləyin