Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ATMU ilə Amerika Ticarət Palatası arasında əməkdaşlıq imkanları müzakirə olunub

ATMU ilə Amerika Ticarət Palatası arasında əməkdaşlıq imkanları müzakirə olunub

2019 – cu il fevralın 15-i tarixində Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) rektoru İlham Mədətov ilə Amerika Ticarət Palatasının nümayəndələri arasında  görüş keçirilib.

Ali təhsil müəssisəsinin rektoru İ.Mədətov qonaqlara ATMU-nun fəaliyyəti -- inkişaf dinamikası, hədəfləri, tədris prosesi, beynəlxalq əlaqələr, tələbə həyatı ilə bağlı ətraflı məlumat verib.

Qonaqlar isə öz növbəsində Amerika Ticarət Palatasının ölkəmizdəki fəaliyyəti, həyata keçirdiyi müxtəlif yerli və beynəlxalq layihələr, icrası planlaşdırılan işlərdən danışıblar.

Görüşdə ATMU və adıkeçən təşkilat arasında əməkdaşlıq imkanları müzakirə olunub.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

16 2019 12:07 - TƏHSİL
TƏHSİL
16 Avqust 2019 | 12:00
Təhsil naziri əmr imzaladı

Köhnə versiyamızdan xəbərləri izlə