Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkmənistanla mədəni əlaqələr genişlənir

Türkmənistanla mədəni əlaqələr genişlənir

Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva ilə Türkmənistan nümayəndə heyəti arasında görüş keçirildi.

Görüşdə Türkmənistan Respublikasının fövqəladə və səlahiyyətli səfiri İsanquliyev Mekan, Türkmən Milli Xalça Muzeyinin direktoru Maya Aşirova, Mədəniyyət Nazirliyinin Muzey işi və mədəniyyət sərvətlərinə nəzarət şöbəsinin müdiri Azadə Hüseynova və digər qonaqlar iştirak etmişdir.

Görüş zamanı nazir müavini Sevda Məmmədəliyeva Türkmənistan və Azərbaycan arasında mədəni-humanitar sahədə əməkdaşlığın, iki ölkələr arasında qarşılıqlı mədəni mübadilənin genişləndirilməsi və inkişaf etdirilməsi istiqamətində aparılan işləri vurğulandı.

Görüş zamanı 15 fevral 2019-cu il tarixində əl işi olan türkmən xalçalarının, Türkmənistan milli zərgərlik məmulatları və toxuculuq sənayesi məhsullarının Azərbaycan Xalça Muzeyində sərgisinin keçirilməsinin əhəmiyyətindən danışıldı. Həmçinin, gələcəkdə ölkələr arası mədəniyyət sahəsinin bütün istiqamətlərində, o cümlədən muzeylərarası əlaqələrin genişləndirilməsi, eyni türk soyu olan iki xalqın mədəniyyəti, ilgili əlaqələri dünya ictimaiyyətinə nümayiş olunması və YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına birgə mədəni dəyərlərin daxil edilməsi məqsədilə layihələr üzərində müvafiq işlərin aparılmasının vacibliyi qeyd edildi. Eyni zamanda TÜRKSOY təşkilatının yolu ilə müştərək sərgi layihələrinin təqdimatı üçün əməkdaşlığın inkişaf etdirilməsi kimi məsələlər müzakirə edildi.  

Görüşdə gələcək əməkdaşlığa dair müzakirələr aparılmışdır.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

16 2019 11:56 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Ən son xəbərləri səhifəmizdən də izləyin