Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xətai Sənət Mərkəzində “Yaradıcı gənc əllər” adlı rəsm sərgisi keçiriləcək

Xətai Sənət Mərkəzində “Yaradıcı gənc əllər” adlı rəsm sərgisi keçiriləcək

Xətai Sənət Mərkəzində martın 2-də “Yaradıcı gənc əllər” adlı rəsm sərgisi açılacaq.

Sərgi Azərbaycan Respublikasının Gənclər Fondu və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşacaq.

Məqsəd ölkəmizin yaradıcı gənclərinin tanınmasına xidmət, əl işlərinin nümayişi və yaradıcı gənclərə bu sahədə dəstək olmaqdır.

Sərgi müddətində müxtəlif əl işlərindən ibarət stendlər, o cümlədən rəsm əsərləri, muncuqdan, saplardan hazırlanmış bəzək əşyaları, təbii ağacdan və epoksi maddəsindən hazırlanmış aksesuarlar, dekorativ əşyalar, daş üzərində çəkilən rəsmləri görmək mümkün olacaq.

Sərgidə 20-dən artıq gəncin əl işi və rəsmləri təqdim olunacaq.

Bundan əlavə, Koreya Respublikasına aid bəzək əşyaları, jurnallardan ibarət guşə, bu ölkənin milli geyimi olan “Hanbok”un nümayişi də nəzərdə tutulur. Bununla da gələn qonaqlar təkcə Azərbaycan mədəniyyəti motivləri ilə deyil, dost ölkənin mədəniyyətinə aid nümunələr ilə də yaxından tanış olacaqlar.

Sərgi çərçivəsində gənc ifaçılar royal və skripkada müxtəlif musiqi nömrələri ifa edəcəklər. Layihənin rəhbəri Nigar Yusupovadır.

 

M.MÜKƏRRƏMOĞLU, 
“Xalq qəzeti”

16 2019 11:39 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Ən son xəbərləri səhifəmizdən də izləyin