Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azərbaycanı tanıyaq” adlı sərgi

“Azərbaycanı tanıyaq” adlı sərgi

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xəzər rayon Mərkəzi Kitabxana Sisteminin 6 saylı filialında əcnəbi turistlər üçün məlumat xarakterli "Azərbaycanı tanıyaq" adlı sərgi təşkil olunub.

Sərgidə müxtəlif illərdə Azərbaycan, rus, ingilis dillərində nəşr olunmuş ölkəmizin ictimai-siyasi, mədəniyyət, incəsənət, etnoqrafiya və tarixini özündə əks etdirən kitablar nümayiş olunur.

Qeyd edək ki, inzibati binası yerli əhəmiyyətli memarlıq abidəsi kimi İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən qorunan kitabxana hər zaman qonaqların böyük marağına səbəb olub və onlar binanın arxitekturasının gözəlliyinə, kitabların xüsusi zövqlə düzülüşünə, ümumən interyerin maraqlı və gözəl tərtib olunmasına heyran qalıblar.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

16 2019 11:35 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin