Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Olimpiya çempionu: Bakıda Dünya Kubokunda bütün gimnastların qələbə şansları bərabərdir

Olimpiya çempionu: Bakıda Dünya Kubokunda bütün gimnastların qələbə şansları bərabərdir

Bakıda Dünya Kubokunda batut və tamblinq üzrə iştirak edən bütün gimnastların qələbə şansları bərabərdir. Bunu Trend-ə Kanadalı gimnast və ikiqat Olimpiya çempionu Rozanna Maklennan deyib.

R.Maklennan bildirib: “Düşünürəm ki, hər kəsin qalib gəlmək üçün potensialı var. Mən var-gücümü ortaya qoymaq niyyətindəyəm”.

Gimnastın əsas məqsədi Tokioda 2020-ci ildə keçiriləcək Olimpiya Oyunlarına kvalifikasiya qazanmaqdır: “Dünya Kubokuna hazırlıq çox yaxşı gedir, özümü möhtəşəm hiss edirəm. 2015-ci ilin batut üzrə Dünya Çempionatı və 2016-cı ildə Rio-de-Janeyroda keçirilən Olimpiya Oyunlarını karyeram ərzində ən çətin yarışlar hesab edirəm”.

R.Maklennanın fikrincə, Çin, Rusiya, Belarus, Böyük Britaniya yığmaları ən güclü komandalardır.

Qeyd edək ki, Bakıda fevralın 16--da batut gimnastikası və tamblinq üzrə ilin ilk Dünya Kuboku yarışlarına start verilib.

Turnirdə 30 ölkədən 160-dan artıq gimnast mübarizə aparır. 2019 və 2020-ci illərdə Tokio Yay Olimpiya Oyunlarına batut gimnastikası üzrə təsnifat xarakterli 6 Dünya Kuboku yarışı keçiriləcək. Paytaxtımız isə bu kuboklardan ikisinə ev sahibliyi edəcək.

Ölkəmizi turnirdə batut yarışlarında qadınlar arasında fərdi proqramda son Avropa çempionatının gümüş medalçısı Veronika Zemlyanaya, kişilər arasında sinxron və fərdi proqramlarda Ruslan Ağamirov, İlya Qrişunin, Oleq Piunov və tamblinq cığırında Avropa çempionumuz Mixail Malkin təmsil edirlər.

Turnirdə ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” kuboku təqdim olunacaq.

 

“Xalq qəzeti”

16 2019 11:27 - İDMAN
İDMAN
21 May 2019 | 22:51
Bir həftədə iki mükafat
18 May 2019 | 22:28
Errera PSJ-yə keçir

Köhnə versiyamızdan xəbərləri izlə